Prezidentin köməkçisi: “Azərbaycan hərbi hədəflərə qarşı tədbirlər görmək hüququnu özündə saxlayır”

Prezidentin köməkçisi: "Qondarma rejimin “müdafiə naziri” cəhənnəmə yola salınıb"

“Hücumların çoxu Ermənistan ərazisindən həyata keçirilir. Azərbaycanın beynəlxalq humanitar hüququ və Cenevrə Konvensiyasını rəhbər tutaraq özünümüdafiə hüququ var. Azərbaycan hərbi hədəflərə qarşı tədbirlər görmək hüququnu özündə saxlayır”.

“QİA.AZ” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hazırda Bərdə şəhərində olan Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan mülki şəxslərlə müharibə aparmır və aparmayacaq:

“Azərbaycanla Ermənistan arasında olan fərq də məhz budur. Biz döyüş meydanında müharibə aparırıq. Biz Ermənistanın mülki şəxslərinə qarşı müharibə aparmırıq, ancaq legitim hərbi hədəflərə qarşı tədbirlər görürük. Bu, bizim mədəniyyətimizidir”.

Oxşar Xəbərlər