“Qəbələ” bu gün “Zirə”nin qonağı olacaq

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.

QİA.az xəbər verir ki, “Zirə” “Qəbələ”ni qəbul edəcək.

Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma saat 19:00-da başlayacaq. Tərəflər indiyədək bu turnirdə 2 dəfə üz-üzə gəliblər. Bunların hər ikisində bölgə təmsilçisi qələbə qazanıb. “Qəbələ” 2015/2016 mövsümündə rəqibini 2:1 və 5:1 hesabı ilə üstələmişdi.

Qeyd edək ki, “Qarabağ” ötən gün “Neftçi”ni səfərdə 4 cavabsız qolla məğlub edib. Hər iki cütdə cavab qarşılaşması aprelin 24-də keçiriləcək.

Oxşar Xəbərlər