Cəmiyyət

QANI İLƏ TARİX YAZIB TARİXƏ DÜŞƏNLƏR

Sual olunur ki, Vətən hardan başlanır? Sərhəddənmi, hər kəsin evindənmi, yaşadığı şəhərdənmi? Vətən ayaq atdığımız torpaqdan başlayır, əsgərlərimizin vətən keşiyini qoruduğu sərhəddən başlayır. Vətən ən əsası içimizdəki sevgidən ən ali bir hisdən başlanır. Təki vətənə layiqli övlad olaq. Məmməd Arazın nəzmə çəkdiyi misralırın dili ilə desək “Vətən mənə oğul desə, nə dərdim, Mamır olub qayasında bitərdim”.
Vətənini canı, qanı bahasına qoruyan Məmmədli Nicat Rizvan oğlu da Vətən torpağını qanıyla suvarıb bərəktləndirdi.
8 noyabır Zəfər gününün birinci ildönümündə Culfa şəhərində olduq. Qəhrəman el oğullarımızın uyuduğu ruhlar xiyabanını ziyarət etdikdən sonra şəhidin evlərinə yollandıq.
Ailəsi ilə həmsöhbət oldub qəhrəmanımızı daha yaxından tanımağa çalışdıq.
Nicat 1999-cu il iyulun 31-də Culfa şəhərində dünuaya açıb. Bir böyük bacısı Zeynəbdən sonra 3 oğul övladın böyüyü olub Nicat. Ondan kiçik qardaşları Cəmil və Kənan.
2005-2013-cü illərdə Culfa şəhərində 2 nömrəli tam orta məktəbində təhsil alan vətnpərvər Nicat təhsilini hərb sahəsində davam etdirməyə qərar verir.
Beləliklə o, 2013-2016-cı illərdə Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyindədə, 2016-2020-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alır. Leytenant rütbəsi ilə təhsilini başa vuran Nicat Məmmədli tağım komandiri kimi Ağdamın Xındırısdan kəndində düşmənlə üzbəüz mövqedə yerləşən motoatıcı hərbi hissədə vətənə xidmətə başlayıb.
Xidmətdə olduğu müddətdə zəkası, çevikliyi, səmimiyyəti ilə yoldaşlarının böyük rəğbətini qazanan Nicatın atası Rizvan Məmmədli dedi ki, 2020-ci il sentyabrın 27-də düşmən bütün cəbhə boyu təxribata əl atanda Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün Vətən müharibəsi başlananda Nicat döyüşlərə qatılıb.
Ağdam, Talış kəndi, Ağdərə Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə düşmənə qarşı savaşıb Nicat Məmmədli.
Şəhidin anası Minayə xanım bildirdi ki,” Nicat həm Naxçıvan hərbi liseyində, həm Bakıda Ali hərbi Məktəbdə təhsil aldığı dövrdə müəllimlərini və məktəb yoldaşlarını zəkası, savadı, yaxşı işləri ilə heyrətlədirirdi. Hər zaman xoş xəbərlər və təşəkkürnamələr alırdıq. O, 3 dil bilirdi. Rus, İngilis və Polyak dillərini bilən Nicat daim araşdırmalar aparıb biliyini artırmağı sevirdi. Yerli və dünya ədəbiyyatı yazarlının əsər və romanlarını oxuyar, mütaliə aparardı. Hərbi xidmətə başladığı dövrdə də günlük tutmuşdu. Vaxtı olduqca qeydıər aparırdı. Bundan əlavə Nicat romanda yazmağa başlamışdı. Təssüf ki, nə günlüyü nədəki pomanı bizə gəlib çatmadı.”
Ananın bu son cümləsindən sonra doluxsunub kövrəlməsi ilə otağa bir sükut çökdü. Otaq demişkən nəyinki ələşdiyimiz otaqda evin bütün otaqlatında qəhrəmanımızın fotoşəkillətindən ibarət güşələr yaradılıb. Ən böyük guşə isə əyləşdiyimiz otaqdadır. Burada insan özünü bir muzeydə hiss edir. Hər küncündə, hər divarda Nicatın xatirəsinin yaşadığı, bir işartısı olan Qəhrəman muzeyi.
Söhbətimizə davam edərkən Minayə xanımdan müharibə zamanı Nicatın ailəsi ilə telefon əlaqəsi yaradıb yaratmadığını soruşdum. “Döyüşlər başlamazdan əvvəl gündə bir neçə dəfə telefonla danışardıq. Amma Vətən müharibəsi başlandıqdan sonra gün ərzində bir dəfə zəng edərdi. Hal-əhvalımızı soruşub hər şeyin yaxşı olduğunu deyib sağollaşardı. Danışığımız çox az çəkirdi. Nicatdan döyüşdə olub olmadığını soruşanda “Yox ana mən döyüşdə deyiləm.”deyirdi. Hərbi ilə bağlı heç bir sualımıza cavab vermirdi. Son danışığımız 4 oktyabr səhər 12 radələrində oldu. Hər şeyin yaxşı olduğunu, telefonunu bizə göndərəcəyini bildirib sağollaşdı. Dostu Kənanla birlikdə çəkdirdiyi bir neçə fotonu bizə göndərdi. Fotolar işğaldan azad edilmiz torpaqlatımızda çəkilmişdi. Dözədim 40-45 sonra dəqiqə mən zəng etdim. Oğlum niyə bizə döyüşdə olduğunu bildirmədin deyəndə “Nə deyərdim ana?… olamaz. Özünüzdən muğayat olun. Telefonumu dostum Kənan verirəm. Sizə çatdıracaq.” deyib dəstəyi asdı.
Sonradan öyərdik ki, elə həmin gün 15:30 radələrində şəhid olub.”
Şəhidin atası Rizvan müəllim mobil telfondan göndərilmiş oğlunun bir səs yazısını bizə dinlətdi. Dostu Nazimə göndərdiyi səs yazısında Nicat dostuna: ” Olduğumuz yerdə ölüm riski böyükdür. Nazim əyər mənə nəsə olsa kitablarım sınindir. Fotoaparatımı qardaşıma çatdırın. Mobil telefonumu isə satıb vəsaiti kimsəsiz körpələr evinə bağışlayın. Özünə yaxşı bax Nazim. Salamat qal.”-deyib.
Yaşdığı qısa ömürdə müsbət keyfiyyətləri, fərqli xüsusiyyətləri ilə seçilən Nicat şəhadəti ilə də fərqləndi. Suqovuşanın azad olunması uğrunda gedən döyüşlər zamanı Nicat yaxınlığına düşən qubaranı görən kimi dərhal özünü qumbaranın üzərinə atır. 30 nəfəri ölümdən qurtaran qəhrəmanımız şəhidlik zirvəsimə ucalır. Şəhidimiz 12 oktyabrda böyük izdihamla qarşılanaraq doğulduğu Culfa şəhərində dəfn edilir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Nicat Məmmədli ölümündən sonra “Vətən uğrunda”, Cəsur döyüşçü” , ” Suqovuşanın azad olunmasına görə”medalları və 3 -cü dərəcəli rəşadət erdeni ilə təltif edildi.
Nicatdan kiçik, evin ortancıl oğlu Məmmədli Cəmildə vətənpərvər qardaşı kimi hərb sənətini seçib. O, hərbi xidmətini bitirən kimi sənədlərini hərbi hissəyə təqdim edərək müddətdən ardıq həqiqi hərbi qulluqçu kimi xidmət edir.
Artıq arxada qalmış Vətən müharibəsində düşmənlə üzbəüz döyüşüb onu geri oturdarkən şəhid olmuş igidlərimiz, ilk növbədə, onları dünyaya gətirən, böyüdüb ərsəyə çatdıran, qələbə öyüdü ilə cəbhəyə yola salan ata-anaların can itkisidir. Lakin düşmənin ümummilli bir bəla mənbəyi kimi yox edilməsinin böyüklüyü və əzəməti isə ondadır ki, qazanılan bu qələbə hüdudsuz ağrı-acılarımızı üstələyə bildi. Nicatın valideyinlərinin timsalında övladını itirən ata-analar da, son mənzilə dəyanətlə yola salanda ağrılarını bir kənara qoyub, çiyərparalarının, can yoldaşlarının axan qanları ilə qazanılan ümummilli dinclikdə necə böyük payları olduğundan qürurlandılar.
Bizi evində qonaq edib söhnətləşən ailəyə təşəkkür edir və qeyd etmək istəyirəm ki ,Azərbaycan xalqı bu valideyinlər və onların yetişdirdiyi igidlərə daim minnətdar olacaq, onların əziz xatirəsini daim yüksək tutacaqdır.

Bəxtiyar ƏLİYEV

Əlaqəli xəbər

Həmçinin oxuyun
Close
Back to top button