“Qarabağ” klubu növbəti transferini reallaşdırmaq üzrədir.
“QİA.AZ“ “Guimaraesdigital” nəşrinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Portuqaliyanın “Vitoriya” (Gimaraynş) klubunun futbolçusu Abdul-Aziz Yakubunu heyətinə qatmağa çox yaxındır.
Onun Avstriyaya klubun təlim-məşq toplanışına gedərək 4 illik müqaviləyə imza atacağı gözlənilir.
Qeyd edək ki, Abdul-Aziz Yakubu ilə “Neftçi” klubu da maraqlanıb.