Futbol

“Qarabağ”ın Bundesliqa klubu ilə matçının saatı açıqlanıb

Movavi

“Qarabağ” Avstriyadakı təlim-məşq toplanışında Almaniyanın “Auqsburq” klubu ilə keçirəcəyi yoxlama matçının başlama saatı açıqlanıb.

QİA.AZ Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 15-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, Ağdam klubu iyulun 7-də Bolqarıstanın MOİK (Sofiya), 11-də isə Rusiyanın “Arsenal” (Tula) komandası ilə yoxlama matçı keçirəcək.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button