“Qarabağ”la oyunda zədələnən futbolçu ili başa vurub

Avq20,2021

Bakıda “Qarabağ”a qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda zədələnən Şotlandiya “Aberdin”in futbolçusu Endryu Konsidaynın durumuna aydınlıq gəlib.

“QİA.AZ” xəbər verir ki, matçın 13-cü dəqiqəsində dizindən ciddi xəsarət alan və Conni Heyslə əvəzlənən 34 yaşlı müdafiəçi ili vaxtından əvvəl başa vurub.

Qeyd edək ki, qarşılaşma Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab görüşü avqustun 26-da Aberdində olacaq.

Oxşar Xəbərlər