Ukraynadakı futbol matçında məşqçi hakimi döyüb

Avq19,2021

Ukrayna Kubokunun II turunda “Olimpiya” və “Volçansk” komandaları arasında keçirilmiş matçda qalmaqal yaşanıb.

QİA.AZ“ın məlumatına görə, “Olimpiya”nın futbolçuları və məşqçiləri qarşılaşma başa çatandan sonra hakimə etirazlarını bildirib.

Onlar qapılarına təyin edilən penaltinin doğru qərar olmadığını söyləyiblər. Daha sonra meydan sahiblərinin məşqçisi Aleksandr Kulik qəzəblənərək hakimə hücum edib və onu döyməyə başlayıb. Mütəxəssisi oyunçular sakitləşdirə bilib.

Qeyd edək ki, matç “Volçansk”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oxşar Xəbərlər