Qax rayonu

Qax rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Qax şəhəridir.

Tarixi

Sumuq qala

Rayon 1930-cu ildə qurulmuştur. 1963-cü ildə Zaqatala tərkibinə qatılsa da 1 il sonra yenidən inzibati rayon statusunu geri qaytarmışdır.

Coğrafi mövqeyi

Relyefi

Rayonun ərazisi Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir. Rayon şimal-şərqdən Dağıstan Respublikası, qərbdən Gürcüstan Respublikası , şimalda Zaqatala rayonu , cənubda Şəki şəhəri, cənub-qərbdən isə Yevlax və Samux rayonu ilə həmsərhəddir.

Təbiəti

Turistik İlisu kəndindəki Qoçyataq gölü

Qax Azərbaycanın mühüm aqrar-sənaye rayonlarından biridir. Əsasən qərzəkli meyvələr (fındıq, şabalıd, qoz) rayonu kimi tanınır. Bol su ehtiyatı, normal rütubət balansı, məhsuldar torpaqlar, meşələr, alp və subalp çəmənləri, qış otlaqları əkinçiliyin və heyvandarlığın inkişafını təmin edir. Dağlara yağan güclü yağışlar və qarın əriməsi nəticəsində də tez-tez çaylar daşır və sel hadisəsi baş verir. Bu əkin sahələrinə, bəzən isə yaşayış məntəqələrinə ziyan vurur. Rayon respublikanın mühüm meşə sərvəti regionlarındandır. Palıd, vələs, qarağac, qoz, şabalıd, müxtəlif cür meyvə ağacları, dərman bitkiləri, qonur ayı, dağ keçisi, qaban, müxtəlif quşlar buradakı meşələrin zəngin sərvətləridir. Bu zənginliyi qorumaq və artırmaq məqsədilə İlisu dövlət təbiət qoruğu yaradılmışdır. Qoruq ərazisinin əksər hissəsi Ağçay kəndinə düşür.

Təbii ehtiyatları

İnzibati rayon mineral xammal sərvətləri, tikinti materialları, iqlim ehtiyatları və bulaqlarla zəngindir. Tikinti materialları içərisində ən geniş yayılanı tikinti üçün yararlı olan çınqıl, qum və gil ehtiyatlarıdır. Bu materiallar çay dərələrində, xüsusən Kürmük çayının və onun qollarının dərələrində geniş yayılmışdır. Çınqıl-qum qarışığının əsas ehtiyatları isə çayların gətirmə konuslarında cəmləşmişdir. Bu ehtiyatların bazasında çınqıl və qum istehsalı müəssisələri yaratmaq mümkündür. Ərazidə kərpic və keramit istehsalı üçün yararlı gil yataqları mövcuddur. Ərazisində həmçinin mişar daşı, əhəng, sement istehsalı üçün də yararlı mineral xammalı ehtiyatları mövcuddur. İnzibati rayon ərazisində yalnız iki gil yatağının Qax və Kürmükçayın ehtiyatları hesablanmışdır. Qax yatağı Qax şəhərindən 1,5 km şimal-qərbdə yerləşir. Onun ehtiyatı 35 min kub. m-dir. Kürmükçay yatağı isə Qax şəhərindən 2,5 km cənub-şərqdə yerləşir. Ehtiyatı isə 116 min  m³ hesablanmışdır.

Qax rayonunun su ehtiyatları Böyük Qafqazın su ehtiyatlarının (3873 kub km) 13 faizini təşkil edir. İnzibati rayonu su ilə təmin etmək məqsədi ilə müxtəlif mənbələrdən saniyədə 100 min kub metr su götürülür, bunun da 99 min kub metrini çay suları, 1 min kub metrini isə yeraltı sular təşkil edir. Götürülən suyun 63 min kub metri suvarmada, 0,40 min kub metri məişətdə, 0,28 min kub metri mövcud istehsalatda, 2 min kub metri kənd təsərrüfatında, yerdə qalan hissəsi isə itkiyə gedir.

 Mineral bulaqları

Digər xammal ehtiyatlarından fərqli olaraq rayon ərazisində böyük müalicə əhəmiyyətə malik olan mineral bulaqlar qeydə alınmışdır. Bunlardan Oğlan bulaq, Qız bulaq və Hamam bulaq daha məşhurdur. Bunların içərisində yalnız Suskənd kəndi yaxınlığındakı bulaqdan daha geniş istifadə olunur. Onun əsasında sanatoriya fəaliyyət göstərir və içməli “Qax” suyu istehsal olunur.

İqlimi və təbi şəraiti

Rayonun iqlimi cənub hissədə quru subtropik, mərkəzi hissədə mülayim isti, yarım rütubətli subtropik, yüksək dağlıqda soyuqdur. Orta temperatur yanvarda düzənlik ərazidə 2 oS-dən yüksək, dağlıq ərazidə mənfi 10 oS –yə qədər, iyulda müvafiq olaraq 26 oS və 50 oS-dir. İllik yağıntı cənubda 300mm, şimalda 1600mm-ə qədərdir. Rayonun cənubunda quru, mərkəzdə mülayim isti və subtropik rütübətli iqlim, dağlarda soyuq, yağıntıların müntəzəm paylanması ilə səciyyəvi olan iqlim şəraitinə malikdir. Gördüyümüz kimi, burada nisbətən kiçik bir ərazidə dörd iqlim zonası vardır. Qaxda temperaturun dəyişmə həddi çox böyükdür, dağların zirvəsində mənfi 40 dərəcədən ACINOHUR gölunun yaxınlığında müsbət 40 dərəcəyə qədər temperatur müşahidə olunur. Rayonun iqliminin keyfiyyətlərindən biri onun xeyli sahədə subtropikliyidir.

Meşə və torpaq sahəsi

Meşə sahəsi

Meşələrin ümumi sahəsi 43,7 min hektar olub, qiymətli ağac növlərindən, müxtəlif meyvə ağaclardan və kollarından ibarətdir. Həyətyanı sahələr 2,3 min hektar, sair torpaqlar 37,7 min hektar olub, ümumi rayon ərazisinin 25 faizini təşkil edir. Qax rayonunda meşə sahəsini 26848 hektar ətraf mühiti mühafizə edən qoruyucu kateqoriyasına aiddir. İlisu kəndi ətrafında yerləşən rekreasiya meşələri 300 hektar sahəni təşkil edir. Bakı-Zaqatala və Şəki-Zaqatala yolları və dəmir yolu boyu qoruyucu meşə zolaqları isə 865 hektar təşkil edir. Qanıx çayı boyu 764 hektar meşə sahəsi qiymətli ov balıqlarının kürüləmə yerlərini qoruyan qadağan edilən meşə zolağına aid edilmişdir. Daşüz və Axarbaxar silsiləsinin sıx parçalanmış yamaclarında 4867 hektar saqqız və ardıc ağacları xüsusi qiymətli meşə massivinə aid edilmişdir.

Torpaq sahəsi

Qax rayonunun 149,6 min hektar ümumi torpaq sahəsinin, 62,8 min hektarı, yəni 42 faizi kənd təsərrüfat sahələri altında istifadə olunur. Əkin və bağ sahələrinin yalnız 20 min hektarı suvarmada istifadə edilir. İnzibati rayonun ümumi əkin sahəsi 22,4 min hektar, çoxillik əkmələr isə 6,2 min hektardır. Örüşlər 39,1 min hektar olub, əsasən yüksək dağlıq və rayonun cənub-şərq hissəsinin quru göl və yarımsəhra zonasında yerləşməklə ümumi ərazisinin 26 faizini təşkil edir.

Kəndləri

Rayonda 59 yaşayış məntəqəsi vardır.

Almalı (Qax)FıstıqlıMalaxQaxmuğalSüskəndÇüdüllü
AmanlıGüllükMarsanQaysarlıTanqıtÜzümlü (Qax)
Armudlu (Qax)KeşqutanMeşəbaşQazmalarTasmalıİbaxlı
AğyazıKiçik AlatəmirOncallıQaşqaçayTuraclıİlisu
Ağçay (Qax)Kötüklü (Qax)QapıçayQımırUzuntala (Qax)Şıxlar (Qax)
BaydarlıLəkitQarabaldırQındırğaXələftalaŞotavar
BağtalaLəkit KötüklüQarameşəQıpçaq (Qax)Yeni İlisuƏlibəyli (Qax)
Böyük AlatəmirLəkit MalaxQaratalaQorağanZərnəƏmbərçay
CəlayerLələliQaxbaşQum (Qax)Zəyəm (Qax)Əmircan (Qax)
DəymədağlıLələpaşaQaxingiloySarıbaşÇinarlı (Qax)İlisu
Tasmalı

Əhalisi

Əsas məqalələr: Azərbaycan əhalisinin siyahıyaalınması (1999) və Azərbaycan əhalisinin siyahıyaalınması (2009)

AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən rayonda 54.458 nəfər əhali yaşayır.

Əhalisi 55.6 min nəfər olmaqla 59 yaşayış məntəqəsini(1 şəhər, 58 kənd) özündə birləşdirir. 82,51 %-ni azərbaycanlılar, 13,98 %-ni ingiloylar, 1,89 %-ni saxurlar, 0,48 %-ni ləzgilər və 1,14 %-ni digər millətlərin nümayəndələri təşkil edir. 1 şəhər və 58 kənd vardır.

Etnik tərkibi

Etnik
qrup
27 yanvar-3 fevral, 1999-cu il sa.13–22 aprel, 2009-cu il sa.
Sayı%Sayı%
Cəmi51 161100.0053 259100.00
Azərbaycanlılar39 35576.9243 94682.51
Gürcülər7 45014.567 44713.98
Saxurlar2 6125.111 0081.89
Ləzgilər6091.192530.48
Ruslar910.18670.13
Türklər960.19640.12
Avarlar110.0290.02
Tatarlar00.0000.00
ErmənilərKökü kəsilibKökü kəsilibKökü kəsilibKökü kəsilib
Ukraynalılar260.0550.01
Digərləri8991.764460.84

Görkəmli şəxsləri

  • Danyal Sultan
  • Müslüm Maqomayev (bəstəkar)
  • Niko Pirosmanaşvili
  • Pyotr Babayev
  • Dəmir Hacıyev
  • Mose Canaşvili
  • Hətəm Əhmədov
  • İmam Mustafayev
  • İsmayıl Dağıstanlı
  • Aynur Sofiyeva
  • Amin Babayev

İqtisadi xarakteristikası

İlisu kəndində Uludağ istirahət mərkəzi

Rayon iqtisadiyyatının əsasını bitkiçilik (xüsusilə tütün və taxılçılıq üzrə ixtisaslaşmışdır), heyvandarlıq məhsullarının istehsalı təşkil edir.

Yeyinti sənayesi bağçılıq, tütünçülük və heyvandarlıq məhsullarının emalına əsaslanır. Qax meyvə-tərəvəz konservi zavodları yeyinti sənayesinin əsas müəssisələridir. Burada istehsal olunan məhsullarının xeyli hissəsi başqa rayonlara göndərilir. Yağ-pendir, çörəkbişirmə, spirtli içkilər, şərq şirniyyatı məhsulları istehsal edən kiçik müəssisələr də fəaliyyət göstərir. Onların məhsulları əsasən yerli tələbatı ödəyir.

İqtisadi rayon bir sıra faydalı qazıntılarla zəngindir: kükürd, polimetal filizi. Dağlıq və dağətəyi yerlərdə, əsasən də çayların gətirmə konuslarında bol çınqıl, qum, gil və başqa tikinti materialları xammalı vardır.

Mətbəx

Qax öz mətbəxi ilə də sevilir.Belə ki, onun sürhüllü, xingili, qırs (ala qırsı,ət qırsı,çürümtək qırsı) kimi ləziz təamları vardır. Qaxın bu 3 milli xörəyinin hamısı xəmir əsaslı olsa da,dadları tamam fərqlidir.Yeməyin yanındakı əlavələr çətin həzm olunmanın qarşısını alır. Əsasən, Qaxın mərkəzində, Ağçay, Sarıbaş, İlisu kəndlərində daha dadlı, spesifik sürhüllü, xingili, qırs yeyə bilərsiniz. Reseptləri təqdim etmək yersiz olardı, çünki xəmirin bükülmə, çəkilmə, hətta yoğrulma qaydalarını gözlə görmək gərəkdir. Ən əsası, bəzi yeməkləri sadəcə dadmaq lazımdır. Rayona bir dəfə gəlib bu təamları yeyən turist ikinci dəfə də gəlməyi arzu edəcəkdir.

41°25′00″ şm. e. 46°55′00″ ş. u.
Ölkə Azərbaycan
DaxildirŞəki-Zaqatala
İnzibati mərkəzQax
İcra başçısıMusa Şəkiliyev
Tarixi və coğrafiyası
Yaradılıb8 avqust 1930
Sahəsi1 493.8 km²
Hündürlük206 m
Əhalisi
Əhalisi56 900 nəfər
Rəqəmsal identifikatorlar
ISO koduAZ-QAX
Telefon kodu994 24
Poçt indeksiAZ 3400
Avtomobil nömrəsi34

Oxşar Xəbərlər