Qazax rayonu

Dek28,2020
Qazax rayonu

Qazax rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Qazax şəhəridir.

timologiya

Azərbaycanda, Qazaxıstanda, Rusiyada bi çox görkəmli araşdırıcı alimlər bu sözün açımıyla bağlı həm bir-birinin üstünə düşən, həm də bir-birindən fərqli ideyalar irəli sürüblər. Azərbaycan türklərinin soykökünün yorulmaz tədqiqatçısı Mirəli Seyidovun “Azərbaycan” jurnalının 1981-ci il tarixli II sayında və “Azərbaycan xalqının soykökünü düşünərkən” adlı əsərində (1989. s.90–118) “Qazax” söz-adıyla bağlı elmi- nəzəri cəhətdən tutumlu araşdırması bu sahədə atılan mühüm addım kimi diqqəti cəlb edir. Mirəli Seyidov “Qazax” sözünün açımından bəhs edən təxminən yüzdən artıq mənbədən yararlanaraq edərək fikrini aşağıdakı kimi ümumiləşdirir: “Qazax sözü 200 ildən çoxdur ki, araşdırıcıların diqqətindən yayınmır. Hə üçün bu müddətdə “Qazax” söz-adı araşdırıcılara təslim olmamışdır? Bunun deyəsən, bir səbəbi vardır. Araşdırıcılar söz-adın ilkin mənasında deyil, bizcə, onun sonradan qazandığı mənalara əhəmiyyət vermişlər” (s.90). Yəni bu sözün sonradan qazılmış “elindən ayrı düşmüş”, “sərgərdan gəzən”, “ucalıq”, “sərhəd gözətçisi”, “dəli atlı”, “azad adam”, “tabe olmayan”, “yüksəklik” və s. mənaları “Qazax” sözünün ilkin, həqiqi mənasını çox mürəkkəb bir məcraya yönəldib. Mirəli Seyidov bu sözün Qazax xalqı, Don kazakları ilə oxşar adlılıq ilgisindən yan keçməyin mümkünsüz olduğuna diqqəti çəkib. O, XVIII əsr rus tədqiqatçıları N. Georgi, Y. O. Rozner, İ. V. Zasedelova və başqalarının “Don kazaklarının rus və tatar qarışığı görünüşləri var” kimi mülahizələrindən, rus knyazlarının poloveslər adlanan qıpçaqları hərbi yürüşlər zamanı icarəyə götürdükləri (s.100) haqqında tarixi həqiqətlərdən bəhs edib. Mirəli Seyidov akademik Ziya Bünyadovun “Azərbaycan VII–IX əsrlərdə” əsərindəki “ərəb müəllifi Əl-Kufiyə görə, (IX əsr) 731/732-ci ildə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd hərbi qərargahını Kasalda (Kazaxda) yerləşdirdi. O, Kasaldan Daryal keçidi vasitəsilə xəzərlərin diyarına hücuma keçirdi” (s.110) kimi məlumata da diqqət yetirir. Əl Kufini məlumatı, Qazaxın tarixini 732-ci ildən hesab etmək cəhdi sonradan yanlış fikirlərin meydana gəlməsinə səbəb olub. Qazaxların və xəzərlərin etnik mənsubiyyəti nəzərə alınmayıb. Ərəblərin Kasalı (Qazaxı) işğal etdikləri tarix Qazaxın yaranması tarixi kimi qeyd edilib.

2007-ci ildə nəşr olunmuş “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”ndə deyilir: “Qazax VII əsrdə meydana gəlmişdir. Bu toponim özündə qıpçaq mənşəli Qazax etnik birliyinin adını əks etdirir. Qazaxlar buranın qədim sakinləridir. Ancaq qıpçaqların müəyyən hissəsi buraya sonralar da gəlmişdir” (s.45). Lüğətdə “Qazax” sözünün ilkin mənasının etnonimlə bağlı olduğunun göstərilməsi məqsədəuyğundur. “Qazax VII əsrdə meydana gəlmişdir” fikri isə ərəblərin Qazaxda hərbi qərargah qurması haqqında tarixi məlumatın təkrarıdır. Qazaxların birmənalı şəkildə qıpçaq etnik birliyinə daxil edilməsi mülahizəsində də mübahisə doğuracaq məqamlar vardır. Ona görə də tarixi-etnoqrafik mənbələrdə “Qazax” söz-adı ilə bağlı fikirlərə müraciət etməyi lazım bildik. Məlum olduğu kimi, bu sözün tərkibcə, kas/kaz, kas/xaz birləşmələrindən əmələ gəldiyini Azərbaycan alimləri ilə yanaşı, digərləri də təsdiqləyiblər. Qazaxıstan alimlərindən A. Əbdülrəhmanov “Qazax” sözünün kas/sak etnonimlərinin birləşməsindən əmələ gəldiyini və xalq adını ifadə etdiyini əsaslandırmağa diqqət yetirib. “Qazax” toponiminin etnodilçilik mövqeyindən tədqiqi bu sözün həqiqi mənşəyini öyrənməkdə başlıca amil olduğunu özünü göstərməkdədir.

Görkəmli dilçi Ə. Dəmirçizadə “Kaspi” etnotoponimindən bəhs edərkən göstərir ki, bu söz tayfa adını əks etdirir. Alim daha irəli gedərək Xəzər adı ilə Kaspi adı ilə eynilik olduğunu bildirir: “Kaspilər və xəzərlər, kalar və kas/xaz-lar eyni tayfadır. Bu adlardakı “pi”, “ar” şəkilçiləri cəmlik bildirir” (Ön söz. 1968. s.29–30). Buradan aydın olur ki, Xəzər dənizinin dərinliyində tükənməz sərvətlər mövcud olduğu kimi, xəzərlər də Azərbaycan türklərinin təşəkkülündə fəal iştirak etmiş türk etnoslarından biridir. Əsrlərin dolanbaclarında itib-batmaq zorunda qalan xəzər tayfa birliyinin izlərini bu gün Bütöv Azərbaycanda daha çox rast gəlmək mümkündür. Belə izlərdən biri də “Qazax” söz-adı ilə bağlıdır.

Tarixçi Rəşid bəy İsmayılov 1923-cü ildə nəşr edilmiş “Azərbaycan tarixi” əsərində yazır: “Xəzər tayfasının əxlafı olan Qazax türkləri Qafqaz dağlarının cənub vadilərində yurd salmışdılar” (s.17). Türkiyəli alim M. F. Lırzıoğlu Qazax və Borçalıdan bəhs edərkən göstərir ki, bu iki xalq Kuman-Xəzər uruğundan sayılırlar. Ərəb tarixçisi İbn Xordadbeh IX əsrdə “Arran, Sizran, Əs-Sisakan vilayətlərini “Xəzərlər ölkəsi” kimi tanıdıqlarını qeyd edib (“Azərbaycan VII–IX əsrlərdə”, s.173). Eradan əvvəl 331-ci ildə İsgəndərin III Daranın ordusunu Qavqamel döyüşündə məğlub etməsindən bəhs edən mənbədə Cənubi Azərbaycanın skif (isgid), sakasin və Kaspiana (Xəzər) torpaqları haqqında məlumat verilir. Tarixçi Herodotun yazdığına görə, eradan əvvəl IX–VII əsrlərdə isgid tayfalarının güclü dalğası olan saklar qədim Qafqazın, Azərbaycan ərazisinin sakinləri idilər.

Tədqiqatçı müəllim Ayaz Əhmədov yazır ki, Ön Asiyada, Urmiya ətrafında yaşadıqları dövrdə subi (sabir), suvar adıyla tanınan tayfalar Midiya dövründə sak (şişpapaq sak) adlanan kaspilər (xəzərlər) Şimali Qafqaza və Orta Asiyaya köçməmişdən əvvəl Cənubi Qafqazda və Cənubi Azərbaycanda məskunlaşmışlar. 1728-ci ildə tərtib edilmiş “Dəftəri müfəssəli əyaləti Tiflis”də Qazaxın dörd nahiyəyə: “İncu”, “Ağstav”, “Türk” və “Suvar” nahiyyələrinə bölündüyü qeyd olunub. Deməli, Suvar (sabir) etnonimi XVIII əsrə qədər öz varlığını hifz etmiş və tariximizin təkzibedilməz şahidinə çevrilib. Bu şahidlik sak etnoniminin Qazax söz-adı ilə əlaqəsi haqqında ehtimalları gücləndirir.

Tarixi mənbələrdə eradan eradan əvvəl sak, skif (isgid), işğuz (oğuz), hun, xəzər, kaspi, qıpçaq, nəhayət, poloves adlanan türk tayfaları müxtəlif adlar danışasalar da bir-birilə qırılmaz tellərlə bağlı oub, bir vəhdət təşkil ediblər. Bu tayfalarla bağlı araşdırmaları nəzərdən keçirdikdə olduqca düşündürücü faktlar diqqəti cəlb edir.

Görkəmli etnoqraf Qiyasəddin Qeybullayev yazır: “Saklar (skif tayfaları) miladdan qabaq VII əsrdə Cənubi Qafqazda çarlıq yaratmışlar. Çarlığın mərkəzi indiki Gəncə bölgəsini əhatə edən Sakasena idi. Bibliyada Sakasena Aşkenaz (işquz-oğuz-Ə.F) adı ilə qeyd olunmuşdur..

Türklük, milli kimlik düşüncəsinin öndərlərindən olan Oljas Süleymenovun “Az i Ya”(1975)əsərində şumer-türk dilləri arasında ilişgilərin ortaya çıxarılması etnodilçilik tarixində yeni mərhələnin başlanğıcı kimi türkologiyada sonsuz canlanmaya səbəb olub. İkiçayarası (Dəclə və Fərat) ərazidə Mesopotomiyada meydana gələn Şumer-türk dil və adət-ənənə ilişgiləri türk tayfalarının Altaylardan köç etməsi haqqında Avropa, rus, fars və başqa tarixçilərin üç əsrə yaxın bir müddətdə kök salmış “nəzəriyyələrini” kökündən sarsıdıb. Nəticədə “Eradan əvvəl Azərbaycanda, bütövlükdə Ön Asiyada konkret soy adından asılı olmayaraq türklərin məskun olması artıq heç bir şübhə doğurmur” fikrinin doğulmasına zəmin yaradıb.

Antropoloq alim Kərəm Məmmədov tədqiqat nəticəsində müəyyənləşdirib ki, Azərbaycan bütün türklər üçün filtrasiya məkanı olub: “Türk irqi dünyaya Azərbaycandan yayılıb. Sibirin dərinliklərinə qədər gedib çatıb”. Alim fikrini Azərbaycan dilində tələffüz zamanı “y” səsindən daha çox istifadə edilməsini qıpçaq deyimi, sözlərin sonunda “gəleyəm”, gedeyəm” deyilməsini bulqar, “gələcəyəm”, “gedəcəyim”i isə oğuz tələffüzü kimi səciyyələndirir. Göstərilən mənbələr Qazax etnotoponiminin mənşəyinin araşdırılmasında ümumtürk tarixinə istinad edilməsinin başlıca amil olduğunu ortaya qoyur.

Vaxtıyla pantürkist xofunun təsiri altında Qazax etnotoponiminin, türklük tarixini, etnolinqvistika həqiqətini nəzərə almadan tədqiq olunması bir sıra subyektiv mülahizələrin meydana gəlməsilə nəticələnib. “Azərbaycanın coğrafi adları” (1972. s.67) kitabında deyilir: “Qazax-xalq adıdır. Qazaxlılar Azərbaycana XI əsrdə köçmüşlər. Gürcüstana etdikləri hərbi xidmətə görə onlar Qazax mahalında (qəzasında) yerləşdirilmişlər”. Sovet tarixşünaslığının Azərbaycan xalqına qərəzli münasibəti tam çılpaqlığıyla bu cümlələrdə öz əksini tapır. Digər elm sahələrində də buna bənzər, yanlış, milli dövlətçiliyimizə, mənəviyyatımıza yadlığı ilə seçilən mülahizərələ rast gəlmək olur. Gürcü çarı II Georginin XI əsrdə Qazaxları Şimali Qafqazdan dəvət edərək Şərqi Gürcüstanda yerləşdirməsi haqqında fikir də həqiqətə uyğun deyildir.

Tarixçi-qorqudşünas alim Hüseynqulu Məmmədov “Dədəm Qorqud keçən yerdi bu yerlər” əsərində polyak alimi İ. Şopenə əsaslanaraq qeyd olunan fikirləri təkzib edir. İvan Şopen göstərib ki, II Georgi ona yaxından kömək etdiklərinə görə Şimali Qafqazdan deyil, Qazax əyalətindən 1451 ailənin Gürcüstanda yerləşdirilməsinə nail olub. İ. Şopen 480 Qarapapaq, 98 Qafarlı, 12 Qarabağlı, 12 Əli Şərurlu və s. adlı ailəni Qərbi Gürcüstana dəvət edildiyini də yazıb. Beləliklə, tarixi-etnoqrafik və dilçilik elmlərinə dair mənbələrə əsaslanaraq zamanın müxtəlif dönəmlərində boy verib, parlamış eyni köklü türk tayfalarının etnik-genetik varisi olan qıçaq-oğuz mənşəli qazaxların ərəb işğalından minillər qabaq Cənubi Qafqazın daimi sakinləri olduqlarına şübhə yeri qalmayıb.

Azərbaycan dilinin dialekt və şivələrində, folklor örnəklərində oğuz-qıpçaq tayfalarının dil xüsusiyyətləri üst-üstə düşdüyü üçün türkoloqlar Tofiq Hacıyev və Kamil Vəliyev “Azərbaycan dil tarixi” (1983. s.36) əsərində “oğuz-qıpçaq dilləri” ifadəsini işlətməyi lazım bilməyib, “oğuz-qıpçaq dili” ifadəsini daha düzgün sayıblar. Bu mülahizə və aşağıda qeyd edəcəyimiz digər mənbələr “Azərbaycan toponimləri ensiklopedik lüğəti”ndə işlənən “qıpçaq mənşəli Qazax etnik birliyi” ifadəsinin özünü tam şəkildə doğrultmadığını göstərir. Çünki 50 milyonluq Azərbaycan türkü kimi Aran və Dağlıq Qazax da eyni soylu, eyni köklü türk tayfalarının daimi və əzəli məskəni olub.

Tarixşünaslıqda türk tayfa birlikləri birinci minilliyə qədər daha çox hun adı ilə tanınıblar. Romalı Yevseniy İveroni IV əsrdə şahidi olduğu bir hadisə haqqında yazır ki, “bütün Şərq, Qafqaz hunların hücumundan dəhşətə gəldi. Onlar İsgəndər bəndini aşaraq sasaniləri və bizansları öz təsirləri altına aldılar, Sonra Suriyanı, Misiri, Finikiyanı, Fələstini çalıb-çapıb Dərbənddən keçərək yenidən Abşerona, öz yerlərinə, Xəzər sahillərinə gəldilər). Bu tarixi məlumat Azərbaycanın hun, qıpçaq, xəzərlərin və başqa türk tayfalarının məskəni olduğunu bir daha təsdiqləməkdədir. Eyni zamanda “xəzər” sözünün “Kazar” şəklində ifadə edildiyi və “kassar” kimi tələffüz olunduğuna dair bilgilər də məlumdur. Belə mülahizələr Qazax sözünün mənşəcə daha qədim köklərə malik olduğunu göstərir.

Xəzər dənizinin Quzğun dənizi adı ilə məlum olduğun da tarixşünaslıqda qeyd olunub. Bu sözün ilk mənasının etimoloji cəhətdən quz-qun tərkibindən ibarət olduğu (quz-oğuz, qun-hun) diqqəti cəlb edir. Ə.Dəmirçizadə və şərqşünas V.V.Bartold qaz/kas hissəciklərini nəzərdə tutaraq Qafqaz etnotoponiminin də türk mənşəli olduğu fikrini irəli sürüblər. Beləliklə, quz/qun, qaz/kas, kas/xaz-ın eyni sözün fonetik parçaları olduğu ideyası özünü daha çox doğruldur. Bu toponim hissəsiciklərinin özəyində isə “oğuz” etnonimi dayanır. Deməli, ən qədim türk etnosu oğuz digər tayfaların yaranmasında ulu başlanğıc olub.

Qazax etnotoponiminin həqiqi mənşəyinin kökündə digər türk tayfalarıyla bərabər, xəzər möhürünün də mövcud olduğunu etiraf etmək lazımdır. Avropalı serb oğlu Milorad Paviç öz nəslinin kökündə “xəzər möhürü” axtarırsa, Azərbaycan türklərinin təşəkkülündə “Türk tayfalarının oğuz-qıpçaq qrupuna mənsub olan” xəzərlərin də iştirak etdiyindən qürur hissiylə danışmaqdan nəyə görə çəkinməliyik?

SSRİ dövründə bolşevik-daşnak ideologiyasının keşiyində dayanan, xristianlığa xidmət edən Azərbaycan tarixşünaslığında saxta və zərərli “nəzəriyyələr”, “konsepsiyalar” toxuyan bəzi qeyri-milli tarixçilərə “Xəzər sözlüyü” romanı, zənnimcə, ən tutarlı cavab kimi qiymətləndirilə bilər. Bu möhtəşəm əsər türk kimliyimizin etnomədəni səviyyəsinin daha dərindən dərk olunmasına mühüm töhfələrdən biridir. Türk irqinin Azərbaycandan dünyaya yayıldığı haqqında həqiqəti bir daha təsdiqləyən tarixi-publisistik mənbədir. Məhz belə mənbələr Qazax etnotoponiminin mənşəyinə dair həqiqətin ortaya çıxmasına zəmin yaradıb. Tarix səhnəsindən silinib getmiş bir türk qövmü (xalqı) haqqında Xəzər etnomədəni vahidi vasitəsiylə xeyli məlumat əldə etdiyimiz kimi, beş minillik şumer-türk ilişgilərindən üzü bəri sak, hun, isgid, işquz (oğuz), kaspi (xəzər), qıpçaq və başqa adlı, eyni soylu türk tayfalarının etnik varisliyi haqqını yaşadan kas/sak tərkibli Qazax söz-adının həqiqi mənşəyini dərk etməyimiz tam dolğunluğuyla üzə çıxıb.[16]

Qazax eli Azərbaycanın qədim ellərindən biridir. Qazax bölgəsinde çox qədim türk toponimləri var. Qazax sözünündə yaranmasıda “oquz+ak”, “quz+ak” “qazax” formasında olub “ağ oğuz” deməkdir. Qeyd edilməlidir ki, “oğuz” türk anlayışı rəsmi tarixin qəbul etdiyi kimi X əsrdə formalaşmamış, əksinə 6–7 minilikləri əhatə edir. Qazax rayonunda olan Salahlı və DaşSalahlı kimi kəndlərin adına nəzər saldıqda bu ərazinin nə qədər qədim türk yurdları olduğu aşkar görünür. Salahlı sözü qədim SAK türklərinin adı ilə bağlıdır. SAK+AK+lı formasınsa yaranıb, “sakaklı”, “salaklı”, “salahlı” formasına düşmüşdür. “Ag sak lı” demekdir. Kəmərlı kəndinin adı “qəmər+li” sözündən yaranıb, qəmər türkləri ilə bağlıdır. Qəmər türkləri “qıpcaq”, “kuman”adlarıylada tarixdə xatırlanır. Alpout kəndidə “alp+an” türklərinin tarixiylə bağlıdır. Tovuz rayonunun adı da “dış oğuz” “tiş+guz” “tiğuz” formasında yaranmışdır (Rəşad Tahiroğlu Mərdanov).

Tarixi

Qazax vaxtilə oymaq, sultanlıq, sonralar isə qəza mərkəzi olmuşdur. 1909-cu ildən şəhər statusu almış, hazırda isə rayon mərkəzidir.

8 min illik tarixi olan Qazax

Qazax rayonunda yerləşən Damcılı, Babadərviş mağaralarında yapon tarixçilərinin apardığı tədqiqatlar sübut edir ki, Qazaxda 8 min il əvvəl insan məskənləri mövcud olub. Məmmədəli Hüseynov, Aazərbaycan arxeologiyası, Daş dövrü, Bakı, 1975.

Bu yer haqqında VII əsr hadisələri ilə əlaqədar “Kasak” (Kasaq) kimi ərəb tarixçisi Əl– Kufi (IX əsr) də məlumat vermişdir. Toponim özündə qıpçaq mənşəli “qazax” etnik birliyinin adını əks etdirir. Lakin qıpçaqların bir hissəsi bu zonaya sonralar da gəlmişdir. XI–XII əsrlərdə gürcü çarlarının hərbi qüvvə kimi istifadə etmək məqsədilə Şimali Qafqazdan Şərqi Gürcüstana kütləvi surətdə qıpçaq ailələri köçürdükləri məlumdur. Təkcə 1118–20-ci illərdə gürcü carı IV Qurucu David 45 minlik süvari ordusu olan 225 min qıpcağı Gürcüstanda yerləşdirmişdi. Turkdilli əhali sayca çoxluq təєkil etdiyi ucun Şərqi Gürcüstan XI-XIII-cu əsr gürcü mənbələrində Didi Turkoba (Boyuk turk obası) adlanırdı. Görünür, həmin türkdilli qıpçaqların əksəriyyəti qazaxlar olmuşlar. Bunu Azərbaycanın şimalında və Gürcüstan, Ermənistan ərazilərində yayılmış qazax etnik birliyinə aid etnotoponimlər də sübut edir.

Qazax sultanlığı (XV əsrin sonları-1819)

XV əsrin sonlarında Qazax sultanlığı yaradılmışdır[Mənbə göstərin]. Səfəvilər dövründə Qazax sultanlığı Qarabağ bəylərbəyliyinə daxil idi.

Qazax sultanlığının hakimləri sultan titulu daşıyırdılar və irsi hakimiyyətə malik idilər. Qazax sultanlığına 3 nəsil rəhbərlik etmişdir. 1-ci nəslə “Qazaxlı” və ya “Alqazaxlı” deyilən Şıxlinskilər aiddir.

Osmanlı sultanı III Əhmədin (1703–1730) dövründə qazaxlılar osmanlıların tərəfinə keçdiyinə görə səfəvilər yenidən Qazaxı geri alarkən “Qazaxlı” tayfasını rəhbərlikdən azad etmiş, onların əvəzinə iranlı Sübhanverdi xan adlı sərkərdəni Qazaxa sultan təyin etmişlər. Bununla da II feodal sülaləsinə Sübhanverdi xan başçılıq etmişdit

Qazax sancaq elan edilərək 4 nahiyəyə (Axtata (Ağstafa), İncə, Türk və Cuvar) bölünmüşdür. Qazax sancaqlığında 205 kənd, 10 qışlaq və 5 köçəri tayfa qeydə alınmışdır.

Həmin dövrdə Qazax sultanlığı hələ Qarabağ bəylərbəyliyinə tabe idi. 1736-cı ildə Nadir şah Muğanda özünü şah elan etdi. Lakin Qarabağ bəylərbəyi Uğurlu xan Ziyad oğlu onun hakimiyyətinə öz etirazını bildirdi. Bu səbəbdən Nadir şah taxta əyləşdikdən sonra Gəncə xanının nüfuzunu zəiflətmək üçün Qazax, Şəmşədil və Borçalı mahallarını Kaxetiya çarlığına verdi. Bundan sonra Kaxetiya çarı II İraklinin fərmanı ilə 1774-cü ildə Qazax sultanlığına rəhbərliyə Salahlıda bəylik edən Kosa Mirzalı ağanın nəslindən olan Pənah ağa rəhbər təyin edildi. Bununla III feodal sülaləsinin hakimiyyəti başladı 

1752-ci ildə Qazax sultanlığı II İraklini məğlub edən Şəki xanlığına birləşdirildi, Şəki xanı Hacı Çələbinin vəfatından sonra yenidən II İraklinin vassallığına keçdi. 1801-ci ildə Qazax sultanlığı Qərbi Gürcüstanın təkibində Rusiyaya birləşdirildi.

Qazax livası (Sancaqı) (XVIII əsrin əvvəlləri)

Həmçinin bax: Qazax livasının kəndləri (“Tuflis dəftəri”, 1728 il)

XVIII əsrin 20-ci illərində Səfəvi dövlətinin dağıldığı zamanı Osmanlı imperiyası Cənubi Qafqaza yürüş edib Rusiyanın bu ərazilərə təcavüzünün qarşısını almışdır. XVIII əsrin əvvəllərində Osmanlılar yenidən hücum edib Qazaxı aldıqdan sonra Qazaxda inzibati ərazi bölgüsü aparmışlar. Qazax sancaq elan edilərək 4 nahiyəyə bölünür. Bunlar Axstav, İncə, Türk və Çuvar nahiyələri idi. Qazaxlıların könüllü surətdə Osmanlıların tərəfinə keçməsi ilə əlaqədar Sultan III Əhmədin (1703–1730) Fərmanı ilə Qazax Sancaqbəyisi hələ Səfəvilərin zamanında Qazax hakimi olmuş Mirəlibəy təyin olunmuşdur. Fəth edilən yeni ərazilərin təşkilinə başlayan Osmanlı idarəçiləri bu ərazilərdə inzibati işləri aparıb vergi-maliyyə dəftərlərini tərtib etmişdilər. 1727-ci ildə “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri”, 1727-ci ildə “Naxçıvan sancağının müfəssəl dəftəri”, 1728-ci ildə isə “Tiflis əyalətinin müfəssəl dəftəri” və “İrəvan əyalətinin icmal dəftəri” işlənib hazırlanır. Qazax ərazisi həmin dövrdə Tiflis əyalətinin nəzdində olmuşdur. 1728-ci ildə türklərin tərtib etdiyi “Dəftəri müfəssəli əyaləti Tiflis” dəftəri 1046 səhifədən ibarət olub, hazırda İstanbulda Başkanlıq arxivində saxlanılır. Bu dəftərin 63 səhifəsi Qazax sancaqlığına (livasına) aiddir. Həmin dəftərə görə Qazax sancaqlığında (livasında) 205 kənd, 10 qışlaq və 5 köçəri tayfa qeydə alınmışdır.[17]

Qazax distansiyası (1819–9 dekabr 1867)

Həmçinin bax: Qazax distansiyası — 1836-cı ilin icmalı

Qazax nahiyəsinin kameral təsviri — 1860-cı il. Qazax distansiyasının tərkibinə daxil olan ərazilərin sosial-iqtisadi, demoqrafik tarixi, coğrafiyası, 1860-cı ildə qeydiyyata alınmış bir çox sakinlərin siyahısına buradan baxın

1819-cu ildə sultanlıq ləğv edilərək distansiyaya çevrildi.

Qazax qəzası (9 dekabr 1867–1929)

Həmçinin bax: Qazax qəzasının kəndləri (Qafqaz təqvimi, 1917 il) Qazax qəzasının tarixi toponimləri

1867-ci il dekabrın 9-da Yelizavetpol quberniyasının tərkibində Qazax qəzasına çevrilmişdir. Qazax qəzası indiki Tovuz, Ağstafa, Qazax rayonlarını və sovet dövründə Ermənistana verilmiş keçmiş Azərbaycan torpaqları olan Dilican dərəsi və Göyçə gölünə qədər əraziləri (Karvansaray (İcevan) (Qaraqoyunlu mahalı), Barana (Noyemberyan), Çəmbərək (Krasnoselsk) (Qaraqoyunlu mahalı), Şəmşəddin və ya Tovuzqala (Berd), Dilican rayonlarını) əhatə edirdi. 1929-cu ildə Qazax qəzası ləğv olunmuşdur.

Qazax rayonu

1930-cu il avqustun 8-də Qazax rayonu yaradılmış, 1939-cu il yanvarın 24-də bir hissəsi yeni yaradılan Ağstafa rayonuna verilmişdir. Ağstafa rayonunun ərazisi 4 dekabr 1959-cu ildə Qazax rayonunun tərkibinə qatılmış, 14 aprel 1990-cı ildən yenidən ayrılaraq inzibati rayona çevrilmişdir. 1982-ci ildə Qazax rayonunun İncədərə yaylası, Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin ərazilərinin hissələri, 1986-cı ildə Qazax rayonunun 2500 hektarlıq otlaq əraziləri Ermənistan tərəfindən müxtəlif adlar altında zəbt edilmişdir.

Qarabağ müharibəsi dövründə Ermənistan Azərbaycanla həmsərhəd bütün bölgələrə hücum etmişdir. Bu bölgələrdən biri də Qazax rayonu idi. Ermənistan artıq 1990-cı ildə martın 23-dən 24-ə keçən gecə qabaqcadan təşkil edilən plan əsasında Bağanıs Ayrım kəndinə hücum edərək kəndi işğal etmişlər. 1992-ci ilin aprel ayında isə ermənilər hücum edərək rayonun daha iki kəndini, Barxudarlı və Sofulu kəndlərini işğal etdilər. Daha sonrakı illərdə ermənilər Qazaxın daha dörd kəndini işğal etdilər. İşğal olunan kəndlər Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı, Yuxarı Əskipara kəndləridir.

10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyan tərəfindən imzalanan sənədə əsasən Dağlıq Qarabağ və ətraf rayonları, o cümlədən, Qazax rayonunun işğal altında olan 7 kəndi, Bağanıs Ayrım, Barxudarlı, Sofulu, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı və Yuxarı Əskipara kəndləri tamamilə işğaldan azad edilmişdir.

Milli Qəhrəman və Şəhidləri

Qarabağ müharibəsi dövründə Qazax rayonundan olan 292 nəfər şəhid olub, onların 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qədim insan məskəni

Mağara-düşərgə Qazax rayonunun Daş Salahlı kəndindən Anaxatır çayına qədər uzanan Aveydağın Cənub-Şərqində,əhəng qayalığın altındadır. Aveydağ mağaralar qrupundan ən irisidir. Sahəsi -dir. Yarımdairəvi şəkildədir. Qabaq hissəsi dağılmışdır. Qarşı tərəfdən hündürlüyü 4 metrdir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır. Daş məmulatı 8000-dən çox olub 550-dən çoxu alət, qalanı isə qəlpədir. Mağaradan ocaq külləri, kömür qırıntıları, müxtəlif heyvan sümükləri aşkar edilib. Tapıntılar içərisində tünd qırmızı təbii boyalara da təsadüf edilir. Daş məmulatının hazırlanma texnikası, forması və müqayisəsinə görə Orta Paleolit dövrü, Üst Paleolit dövrü, Mezolit dövrü və Neolit dövrünə aiddir.

Gürcüstan ilə Qazax rayonu arasında Aveydağ yerləşir və C.Rüstəmovun arxeoloji axtarışları nəticəsində məlum olmuşdur ki, burada alban xristian məbədinin qalıqları vardır. Strabonun məlumatına görə, albanlar daha çox Aya sitayiş etmiş və İberiya sərhədində onların məbədi olmuşdur. Xristian məbədləri adətən əvvəlki bütpərəst məbədlərinin yerində yaradılırdı. “Aveydağ” sözünün özü də təxmin etməyə imkan verir ki, albanların Ay məbədi burada imiş.

Coğrafi mövqeyi

Qazax rayonu Azərbaycanın şimal-qərbində, Gəncə-Qazax iqtisadi regionunda, Kür çökəkliyi fiziki-coğrafi vilayətində, kiçik Qafqazın dağ silsiləsinin yamaclarından başlayaraq kür çayının sağ sahili boyunca uzanan geniş Gəncə-Qazax düzənliyinin qərb hissəsində, Kür çayının qırağında yerləşir. Ərazisinin sahəsi 699 kilometr kvadrat, əhalisinin sayı 94 710 nəfərdir (2016). Şimal- qərbdən Gürcüstan Respublikası ilə 9 km, qərbdən və cənubdan Ermənistan Respublikası ilə 168 km məsafədə həmsərhəddir. Azərbaycanın ən qərbində yerləşən rayondur. Rayonun ərazisi şərqdən Ağstafa rayonuyla, Şimaldan kür çayıyla və kür çayı vasitəsilə Ağstafa rayonu ilə, şimal-qərbdən Gürcüstanın Sarvan (Marneuli) və Qarayazı (Qardabani) rayonlarıyla, qərbdən Ermənistanın Barana (Noyemberyan), cənubdan Karvansaray (İcevan) və cənub-şərqdən Şəmşəddin (Berd) rayonuyla qonşudur.

Relyefi

Ən hündür yüksəkliyi “Odun” dağıdır (1316 metr). Səthi əsasən dağlıqdır. Cənub hissəsi dağlıqdır və dəniz səviyyəsindən 600–1200 metr yüksəklikdə yerləşir. Şimalda Qarayazı meşəsi və Ceyrançöl düzənliyi yerləşir. Məşhur “Göyəzən”, “Avey” dağları, “Damcılı” bulağı bu rayonun ərazisindədir. Göyəzən dağı öz gözəlliyinə görə Amerika qitəsində yerləşən “Mon-Pele” dağından sonra dünyada ikinci yerdədir. Rayonda Babaqar silsiləsinin şərq sonluğu olan Babaqar dağı yerləşir. Rayonun mərkəzi hissəsindən Ağstafa çayı keçir, şimal-qərbdən İncəsu, Ehram (Anaxatır və ya xram), qərbdən Coğaz və şimal sərhəddi boyunca Kür çayları axır. Kür çayı sahilində dəniz səviyyəsindən hündürlük 100 metr olmaqla cənuba getdikcə tədricən 1000 metrə qədər yüksəlir. Rayonda Coğazçay, Ağstafaçay və Abbasbəyli su anbarları və Candargöl (Ağgöl) gölü yerləşir.

Dağlar

  • Odundağ, hündürlüyü 1316 metr. Rayonun qərbində yerləşir.
  • Avey (dağ), hündürlüyü 992,5 metr. Daş Salahlıdan 12 km şimal-qərbdə yerləşir. Çöllük ərazilərdən şimal və şimal-qərb istiqamatlərində Aslanbəyli kəndi ilə qonşudur.
  • Babaqar dağı, hündürlüyü 700,6 metr. Rayonun qərbində yerləşir.
  • Göyəzən dağı, hündürlüyü 250 metr. Abbasbəyli və Alpout kəndlərinin yaxınlığında yerləşir. Morfoloji xüsusiyyətinə və gözəlliyinə görə Amerika qitəsində yerləşən Mon-Pele dağından sonra dünyada 2-ci yeri tutur.
  • Göyərçin (dağ)

Çaylar

  • Kür, uzunluğu 1515 km
  • Anaxatır (Ehram və ya Xram), uzunluğu 201 km
  • Ağstafaçay, uzunluğu 133 km
  • Coğazçay, uzunluğu 60 km
  • İncəsu, uzunluğu 44 km

Göllər

  • Candargöl (Ağgöl), sahəsi 10,6 km² (su həcminə görə ölkədə 2-ci, sahəsinə görə 5-ci yerdədir)

Su anbarları

  • Ağstafa su anbarı (Ağstafaçay)
  • Coğazçay su anbarı
  • Abbasbəyli su anbarı
  • Kəmərli su anbarı

Bulaqları

  • Damcılı bulağı — Daş Salahlı kəndində, Avey dağının aşağısında yerləşir.
  • Məmməd Koxa bulağı — Daş Salahlı kəndində, Avey mağarasının aşağısında yerləşir.
  • Bayram bulağı — Xanlıqlar (Musaköy) kəndində yerləşir.
  • Nohur bulağı

İqlimi

İqlimi sərt qış və isti yayla xarakterizə olunur. Orta aylıq temperatur yanvarda 0-(-5)°С, iyunda 22–27°С-dir. Qışı qarlı keçir. İllik yağıntı 350–700 mm-dir.

Geoloji quruluşu

Rayon ərazisində Tabaşir, Paleogen, Neogen, Antropogen çöküntüləri yayılmışdır.

Landşaftı

Əsasən, dağ-şabalıdı, dağ-boz qəhvəyi, şabalıdı, açıq-şabalıdı və qismən karbonatlı-qəhvəyi dağ-meşə torpaqları daha geniş yayılmışdır. Kiçik Qafqaza aid olan hissəsində dağ meşələri, Kür çayının sahilində isə kiçik sahələrdə tuqay meşələrinin fraqmentlərinə rast gəlinir.

Bioloji və zooloji zənginliyi

Flora

Yovşanlı-şorangəli yarımsəhra və bozqır bitkilərinə rast gəlinir. Meşələrin dendroflorası ağyarpaq qovaq, sosnovski qovağı, yalanqoz, söyüd, ağ tut, iydə, qarağac, palıd, ardıc, yemişan ağaclarından ibarətdir. Kollardan dəvədabanı, yulğun, zirinc, qaratikan, itburnu, böyürtkan, meşə üzümü, adi daşsarmaşığı və digər növlərə rast gəlinir. Ot örtüyü, əsasən, topal, ətirşah, ağ dalamaz, gicitkan, dilqanadan, yabanı kök növlərindən təşkil olunmuşdur.

Fauna

Qonur ayı, canavar, adi tülkü, qaban, boz dovşan və s. Quşları: qızılı qızlarquşu, xırda qarabatdaq, büldürük, qırqovul, turac, kəklik, göyərçin, murad-quşu, adi alaçöhrə, almabaş qaraördək, kiçik ağ-vağ, bozqır muymulu qızılquşu və digər növlərə rast gəlinir.

İri yaşayış məntəqələri

Yaşayış məntəqələri — 1 şəhər: Qazax,34 kənd: Daş Salahlı, Çaylı, Xanlıqlar, Ağköynək, Yeni Salahlı,Qarapapaq, , Kommuna, Ürkməzli, Aşağı Salahlı, Orta Salahlı, Yuxarı Salahlı, Dəmirçilər, Alpout, Hüseynbəyli, Canallı, Kosalar, Qazaxbəyli, Aslanbəyli, Qaymaqlı, Kəmərli, Birinci Şıxlı, İkinci Şıxlı, Aşağı Əskipara,Yuxan Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı, Barxudarlı, Sofulu, Quşçu Ayrım, Məzəm, Fərəhli, Cəfərli, Bala Cəfərli, Abbasbəyli.

Hal-hazırda Aşağı Əskipara, Yuxarı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızıl Hacılı, Barxudarlı, Sofulu kəndləri erməni işğalı altındadır.

Əhalisi

1 yanvar 2019-cu il tarixinə olan rəsmi məlumata əsasən rayonda 104.746 nəfər əhali yaşayır. Əhalinin 28.775 nəfəri şəhərdə, 75.971 nəfəri isə kəndlərdə yaşayırlar. Rayon üzrə əhalinin sıxlığı (nəfər/1 km2 ) 145 nəfər düşür. Əhalinin orta yaşı 32-dir. Yaşı 100-dən çox olan Qazax sakinlərinin sayı 6 nəfərdir. Əhalinin ümumi sayının 52,1 %-i kişilər, 47,9 %-i qadınlardır.

Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi tərəfindən altı ay ərzində 654 nəfər doğulan körpə qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,8 təşkil etmişdir. 2018-ci ilin yanvar-iyun ayları ərzində 329 nəfər ölüm halı qeydə alınmışdır. Təbii artım 325 nəfər olmuşdur.

Rayonda 267 Qarabağ müharibəsi əlili, 196 şəhid ailəsi, 656 qaçqın və 7945 məcburi köçkün vardır.

2017-ci ildə 566 nigah, 93 boşanma qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 5,9, boşanmaların sayı isə 1,0 olmuşdur.

Etnik tərkibi

Etnik
qrup
27 yanvar-3 fevral, 1999-cu il.13–22 aprel, 2009-cu il
Sayı%Sayı%
Cəmi81 015100.0089 377100.00
Azərbaycanlılar80 59599.4888 99999.58
Türklər1260.161770.20
Kürdlər1020.131000.11
Ruslar1180.15460.05
Ermənilər70.0140.00
Ukraynalılar370.05
Tatarlar130.02
Ləzgilər60.01
Gürcülər20.00
Digərləri90.01510.06

Bələdiyyələr

Qazax rayonunda bələdiyyələr ilk dəfə 1999-cu ildə yaranmışdır. Rayonun 35 yaşayış məntəqəsində 22 bələdiyyə fəaliyyət göstərir. 1 şəhər, 21 kənd bələdiyyələri yerli özünüidarəetmə orqanı kimi şəhər və kəndlərin idarə olunmasında iştirak edir. Onlar Qazax, Daş Salahlı, Çaylı, Kommuna, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Birinci Şıxlı, İkinci Şıxlı, Yuxarı Salahlı, Orta Salahlı, Aşağı Salahlı, Qazaxbəyli, Kosalar, Hüseynbəyli, Canallı, Dəmirçilər, Ürkməzli, Alpout, Xanlıqlar, Ağköynək və Qarapapaq bələdiyyələridir.

Aşağı Əskipara, Yuxarı Əskipara, Xeyrimli, Bağanıs Ayrım, Qızıl Hacılı, Barxudarlı, Sofulu kəndləri erməni silahlı qüvvələri tərəfindən işğal olunduğuna, Cəfərli, Bala Cəfərli, Fərəhli, Abbasbəyli, Quşçu Ayrım və Məzəm kəndləri isə atəş altında olduğuna, torpaq islahatı aparılmadığına görə onlarda bələdiyyələr təşkil olunmamışdır.

Mətbuat və informasiya

  • Qazax Rayon İcra Hakimiyyətinin rəsmi saytı.
  • “Göyəzən” ictimai-siyasi qəzeti — Qazax rayonunda kütləvi informasiya vasitələrindən “Göyəzən” ictimai-siyasi qəzeti fəaliyyət göstərir. Qəzetin təsisçisi Qazax rayonu İcra hakimiyyəti və qəzetin redaksiya heyətidir. Qəzet 1932-ci ildən fəaliyyətə başlamışdır. Əvvəllər “Kommuna yolu”, “Qalibiyyət Bayrağı” adı ilə nəşr olunmuşdur. 1988-ci ildə qəzetin adı dəyişdirilərək “Göyəzən” adlandırılmışdır.
  • “Göyəzən” internet portalı — Sayt 2016-cı ildən fəaliyyətə başlamışdır. Saytın təsisçisi Qazax rayonu İcra hakimiyyəti və “Göyəzən” qəzetinin redaksiya heyətidir.
  • Qazax.net internet portalı — Sayt 2010-cu ildən fəaliyyətə başlamışdır. Saytda Qazax haqqında geniş məlumatlar və şəkillər var.
  • Qazax.biz internet portalı (Qazax Məlumat Mərkəzi) — Sayt 2009-cu ildən fəaliyyətə başlamışdır. Saytda Qazax haqqında geniş məlumatlar və şəkillər var.
  • “Qazax” Xeyriyyə İctimai Birliyinin internet portalı — Saytda Qazax haqqında xəbərlər, rayonun məşhurları haqqında xəbərlər və digər məlumatlar var.
  • “Dəli kür” “Qazax” Xeyriyyə İctimai Birliyinin aylıq qəzeti.

İqtisadiyyat

Həmçinin bax: Rayonun iqtisadiyyatı haqqında geniş məlumat

2019-cu ilin birinci yarısında rayonda ümumi məhsul buraxılışı keçən ilin eyni dövrü ilə müqayisədə 27% artaraq 121566,8 manat olmuşdur.

2019-cu ilin birinci yarısında keçən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulunun (işlərin xidmətlərin) ümumi həcmi 37,5% artaraq 18971,7 manat, əsas kapitala yönəldilən investisiyalar 94,9% artaraq 32930,3 manat, kənd təsərrüfatının ümumi məhsulu 17,9% artaraq 35972,4 manat, nəqliyyat sektorunda yük daşınması 2,7 faiz artaraq 809,0 ton, nəqliyyat sektorunda sərnişin daşınması 2,5% faiz artaraq 8103,0 nəfər, poçt və rabitə xidmətlərinin həcmi 11,2% faiz artaraq 828,9 manat, pərakəndə əmtəə dövriyyəsi 1,6 faiz artaraq 93774,5 manat, əhaliyə göstərilən pullu xidmətlər 2,1 faiz artaraq 13496,4 manat olmuşdur.

İlin birinci yarısında bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 351,2 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən 14,8 faiz çoxdur.

Sənayesi

Rayonda 26 sənaye müəssisələri fəaliyyət göstərir. Onlardan 13-ü mədənçıxarma, 9-u emal və 4-ü digər sahələrdir. İstehsal olunan məhsulun satış yerinə görə bölgüsü — rayonda 45, respublikada 25, respublikadan kənarda isə 30 faiz təşkil edir. Konserv zavodu, gil-mədən kombinatı, asfalt zavodu, ət kombinatı və şərab emalı zavodları rayon sənayesinin əsasını təşkil edir.

2019-cu ilin yarımilində rayonun sənaye təşkilatlarında fiziki şəxslər də daxil olmaqla istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi keçən ilin müfaviq dövrünə nisbətən 37,5 faiz artaraq 18971,7 min manat təşkil etmişdir. İstehsal edilmiş məhsulun 5451,8 min manatı, 28,7 faizi dövlət sektorunun, 13519,9 min manatı, 71,3 faizi isə qeyri-dövlət sektorunun payına düşür. Sənaye təşkilatlarında məhsul istehsalı dövlət və qeyri-dövlət müəsisələrində keçən ilin müvafiq dövrünə nisbətən artmışdır. Ümumi istehsalın 74,9 faizi sənaye məhsulunun istehsalı, 25,1 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır.

İstehsal edilmiş məhsulun çox hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyul 2019-cu il tarixinə 3149,7 min manatlıq hazır məhsul qalmışdır.

2019-cu ilin altı ayında rayonun sənaye müəssisələrində çalışan muzdlu işçilərin orta siyahı sayı 1098 nəfər olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 90,6 faiz təşkil edir. İşçilərin 418 nəfəri dövlət, 680 nəfəri isə qeyri-dövlət sektorunda çalışır.

İşçilərin 292 nəfəri mədənçıxarma, 419 nəfəri emal, 227 nəfəri elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 160 nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışmışdır.

Sənaye müəssisələrində orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,0 faiz artaraq 424,9 manat olmuşdur. Orta aylıq əməkhaqqı dövlət sektorunda 414,6 manat, qeyri-dövlət sektorunda isə 430,5 manat təşkil etmişdir.

Sənaye müəssisələrinə yarımil ərzində 49 nəfər işçi qəbul edilmiş, 21 nəfər işdən azad edilmişdir.

Kənd təsərrüfatı

Qazax rayonu kənd təsərrüfatı rayonudur. Ərazisinin 66,9 %-i və ya 47000 hektarı kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunlardan 24268 hektarını əkin sahələri təşkil edir. Torpaq islahatı nəticəsində 15574 ailə 24268 hektar torpaq payına sahib olmuşdur. Orta hesabla hər ailəyə 1,6 hektar torpaq sahəsi verilmişdir.

Əsas kənd təsərrüfatı bitkiləri taxıl, kartof, üzüm, meyvə, tərəvəz, günəbaxan, qarğıdalı, bostan, paxlalı bitkilər və yoncadır. Rayonun iqtisadiyyatında üzümçülük, tərəvəzçilik, taxılçılıq, heyvandarlıq aparıcı rol oynayır. Kənd təsərrüfatının başqa sahələri də, yəni meyvəçilik, kartofçuluq və bostan məhsulları istehsalı da inkişaf etdirilir.

2017-ci ilin məhsulu üçün 17018,7 hektar sahədə payızlıq və yazlıq bitkilər əkilmişdir ki, əkin sahəsi keçən ilə nisbətən 2123,7 hektar çox olmuşdur. Əkilmiş sahənin 11028,3 hektarı payızlıq taxıl olmuşdur ki, ondan 8277,7 hektarı buğda, 2750,6 hektarı arpa sahəsidir.Keçən ilə nisbətən 2718,7 hektar payızlıq buğda, 510,6 hektar payızlıq arpa artıq səpilmişdir.

Kənd təsərrüfatının ən əsas sahələrindən biri taxılçılıq və tərəvəzçilikdir. Belə ki, 2017-ci ildə rayonda mövcüd olan 17018,7 hektar əkin sahəsindən 11636,2 hektarını, yaxud 68,4%-ni dənli və dənli paxlalıların əkin sahəsi, 1324,3 hektarını, yaxud 7,8%-ni kartof, tərəvəz və bostan əkin sahəsi, 721,7 hektarini, yaxud 4,2%-ni texniki bitkilər əkin sahəsi, 3336,5 hektarını və ya 19,6%-ni yem bitkilərinin əkin sahəsi təşkil etmişdir. Ümumiyyətlə rayonda bütün əkin sahələri əsasən əhali təsərrüfatları tərəfindən becərilir.

2017-ci ilin məhsulu üçün 555,9 hektar sahədə yazlıq dənlilər səpilmişdir ki, bundan 11,5 hektarı buğda, 34,0 hektarı vələmir, 504,8 hektarı qarğıdalı, 5,6 hektarı darı olmuşdur. Keçən ilə nisbətən yazlıq bitkilər 124,4 hektar artıq səpilmişdir. Bütün əkinlər əhali təsərrüfatları tərəfindən əkilmişdir.

2017-ci ilin məhsulu üçün payızlıq və yazlıq 11636,2 hektar dənlilər və dənli paxlalılar biçiləcək sahə olmuşdur. Bu da keçən ilə nisbətən 3385,7 hektar çoxdur. Biçiləcək sahənin payızlıqlardan başqa 504,8 hektarı qarğıdalı, 5,6 hektarı darı, 11,5 hektarı buğda, 34,0 hektarı vələmir, 52,0 hektarı dənli paxlalılardır. Keçən ilə nisbətən qarğıdalı 180,8 hektar, paxlalılar isə 32,0 hektar çoxdur.

721,7 hektar sahədə yazlıq texniki bitkilər əkilmişdir. Əkilmiş sahənin 50,0 hektarı tütün, 523,3 hektarı şəkər çuğunduru, 62,5 hektarı günəbaxan, 85,9 hektarı süpürgədir. Keçən illə müqayisədə tütün əkilmiş sahə 5 dəfə çox, günəbaxan əkilmiş sahə 16 hektar çox, süpürgə əkilmiş sahə 65,9 hektar çoxdur. Çuğundur keçən il rayonda əkilməmişdir.

2017-ci ildə rayonda 1324,3 hektar sahədə kartof, tərəvəz və bostan məhsulları əkilmişdir ki, ondan 809,1 hektarı kartof, 483,8 hektarı tərəvəz, 31,4 hektarı bostan əkilmiş sahədir. Keçən illə müqayisədə tərəvəz 50,8 hektar çox, kartof isə 476,1 hektar artıq səpilmişdir. Bostan məhsullarının səpini isə keçən ilə nisbətən 3,1 hektar az olmuşdur.

Bitkiçiliyin ən mühüm sahəsi tərəvəzçilikdir. 2017-ci ilin məhsulu üçün rayonda 483,8 hektar sahədə əkilmiş tərəvəz sahəsindən 12130,0 ton məhsul istehsal olunmuşdur. Tərəvəz əkilmiş sahənin 50,0 hektarını kələm, 114,2 hektarını xiyar, 182,6 hektarını pomidor, 6,0 hektarını xörək üçün yerkökü, 25,5 hektarını baş soğan, 2,5 hektarını sarımsaq, 44,6 hektarını badımcan, 24,3 hektarını şirin bibər, 17,7 hektarını acı bibər, 7,0 hektarını turp, 9,4 hektarını göyərti əkilmiş sahə təşkil etmişdir.

Cəmi əkin sahəsinin 3336,5 hektarı yem bitkiləridir ki, ondan 630,5 hektarı cari il yoncası, 2706,0 hektarı isə keçmiş illərdə əkilmiş yoncadır. Keçən illə müqayisədə cari ildə əkilmiş yonca 25,5 hektar, keçmiş illərdə əkilmiş yonca isə 2303,0 hektar az olmuşdur. Bu il rayonda şəkər çuğunduru istehsalına başlanmışdır.

Sahələrdə məhsul toplanışı başa çatmışdır. 2017-ci ildə taxıl əkilmiş sahənin 11039,8 hektarından 36469 ton məhsul toplanmışdır ki, bunun da 8289,2 hektarı buğda sahəsidir və bu sahədən 29840,0 ton buğda, 2750,6 hektar arpa əkilmiş sahədən 6629,0 ton məhsul toplanmışdır. Taxılın orta məhsuldarlığı rayon üzrə 35,6 sentner olmuşdur. Qarğıdalı əkilmiş sahədən 2726,0 ton məhsul toplanmışdır. İl ərzində sahələrdən 132,0 ton günəbaxan, 502,0 ton bostan məhsulları, 12130,0 ton tərəvəz, 22000,0 ton kartof, 5387,0 ton çuğundur toplanmışdır. Məhsuldar meyvə bağlarından 15667,0 ton meyvə toplanmışdır. Bar verən üzüm sahələrindən 3250 ton üzüm toplanmışdır.

2017-ci ildə 48,9 hektar sahədə yeni fındıq bağı, fındıq bağının ümumi sahəsi 222,8 hektara çatdırılmışdır. Son iki il ərzində 8,7 hektar sahədə barama istehsalı üçün tut bağı salınmışdır.

1 yanvar 2018-ci il tarixə 13563 hektar sahədə şum qaldırılmışdır, 12351,7 hektar sahədə payızlıqların səpini aparılmışdır ki, bununda 8915,2 hektarı buğda, 3436,5 hektarı isə arpadır.

2016-cı ildən barama və tütün istehsalına başlanmışdır. 2017-ci il ərzində 4623 kq barama, 80,2 ton qurudulmuş tütün yarpağı istehsal olunub təhvil verilmişdir.

2017-ci ildə keçən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 5,5 ton artaraq 5589,2 ton, süd istehsalı 8,3 ton artaraq 31180,5 ton, yumurta istehsalı 156 ədəd artaraq 11809 ədəd, yun istehsalı 1.5 ton artaraq 272,5 ton olmuşdur Bu artım əsasən əhali təsərrüfatlarının hesabına olmuşdur

2018-cı ildə keçən ilin müvafiq dövrünə nisbətən İri buynuzlu mal-qara 31135, inək və camışlar 0,8 faiz artaraq 16595, Qoyun və keçilər 0,6 faiz azalaraq 147469 baş olmuşdur.

Nəqliyyat

2017-ci İl ərzində nəqliyyat sektorunda məhsul buraxılışı fiziki şəxslərdə nəzərə alınmaqla 6233,4 min manat olmuşdur ki, bu da ümumi məhsul buraxılışının 3,4 faizini təşkil etmışdir. Nəqliyyat sektorunda məhsul buraxılışının həcmi keçən illə müqayisədə 102,7 faiz təşkil etmişdir. Məhsul buraxılışının 2312,8 min manatı yük daşınmasından, 3920,6 min manatı isə sərnişin daşınmasından əldə olunan gəlirdir.

İl ərzində yük daşınmasının həcmi 1599 min ton olmuş bu da əvvəlki dövrlə müqayisədə 3,3 faiz çoxdur. İl ərzində 15930 min nəfər sərnişin daşınmışdır. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur.

Rabitə

2018-ci ilin yanvar-iyun ayları ərzində rabitə sektorunda məhsul buraxılışının faktiki qiymətlərlə həcmi 745,6 min manat olmuşdur. Rabitə müəssisələri tərəfindən əhaliyə 5150,6 min manatlıq xidmət göstərilmişdir.

Hesabat dövründə əldə edilmiş gəlirin 12,8 faizi şəhərlərarası və beynəlxalq rabitədən, 18,0 faizi şəhər telefon rabitəsındən, 22,0 faizi kənd telefon rabitəsindən, 47,2 faizi isə internet xidmətindən əldə edilmişdir.

Əhalidən əldə edilmiş gəlirin həcminin 11,8 faizi şəhərlərarası və beynəlxalq telefon rabitəsindən, 15,0 faizi şəhər telefon rabitəsindən, 22,7 faizi kənd telefon rabitəsindən, 50,5 faizi internet xidmətindən olmuşdur.

Altı ay ərzində poçt rabitəsindən 121,5 min manatlıq gəlir əldə olunmuşdur ki, bunun da 113,6 min manatı əhali tərəfindən ödənilmiş xidmətin dəyəridir.

Təbii qazıntılar

Rayonda mərmər, tikinti daşı, əhəng daşı, sement istehsalı üçün xammal, gil, qum-xır və qurğuşun ehtiyatları mövcuddur.

Turizmi

Turizm statistikası
Sıra201020122013201420152016
1Mehmanxana və mehmanxana tipli müəssisələrin sayı, vahid888878
2Nömrələrin sayı, vahid133133133133106102
3Birdəfəlik tutum, yer272272272272224216
4Yerləşdirilmiş şəxslərin sayı, nəfər121028282735217919141926
5Gecələmələrin sayı, adam-gecə136538335901440549885254

İdman

Hazırda rayonda təlim-məşq və sağlamlıq məşğələləri üçün 115 idman qurğusu fəaliyyət göstərir. 1 Olimpiya İdman Kompleksi, 1 Şəhər Stadionu, 1 Kompleks İdman Qurğusu, 2 Üzgüçülük Hovuzu, 29 təhsil müəssisələrinin idman zalları, 115 sadə idman qurğuları, 1 Atıcılıq Tiri, 5 Aerobika trenajor zalı fəaliyyət göstərir.

Həmçinin bax: Rayonun idman müəssisələrinin siyahısı

Futbol

“Göyəzən FK” — Azərbaycanın Qazax rayonunu təmsil edən futbol klubudur. 1986-cı ildə Qazaxda yaranmışdır. Müxtəlif vaxtlarda futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. UEFA Regional Kubokunun iştirakçısı olub.

Uğurları

  • Azərbaycan SSR Milli Futbol Çempionatı:
    • Çempion (1) — 1986
  • Azərbaycan Birinci Divizionu:
    • İkinci (1) — 2003–04
    • Üçüncü (1) — 2006–07

Hal-hazırda Azərbaycan Birinci Divizionunda çıxış edir.

Avtomobil və dəmir yolları

2016-cu ildə salınmış Qazax — Canalı — Kosalar yolu

Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun 44 kilometri, Qazax-Uzuntala-Ermənistan avtomobil yolunun 15 kilometri Qazax rayonunun ərazisindən keçir. Onların hər ikisi ikinci kateqoriyalı yoldur.

Qazax Dəmiryol Stansiyası — Rayonun ərazisindən keçən dəmir yolunun uzunluğu 28 km-dir. İşğal altında olduğuna görə onun 22 km-dən istifadə olunmur. Həmin yol da ikinci kateqoriyalı yoldur.

Tanınmış soyları

  • Seyidovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. Hacı Mahmud Əfəndinin soyundandırlar. Qazax rayonunun Aslanbəyli kəndinə mənsub Şeyx nəsli və ziyalı soydur. Soyun 2 qolu var: Molla Seyid törəmələri və Hacı Mahmud Əfəndi törəmələri. Molla Seyidin törəmələri Azərbaycanda yaşayırlar və Molla Seyidlilər kimi tanınırlar. Bir çox ziyalıları, Müxtəlif sahələrdə nüfuz qazanmış nümayəndələri ilə tanınırlar. Hacı Mahmud Əfəndinin törəmələri isə əksəriyyəti Türkiyədə, digərləri isə Azərbaycanda yaşayırlar. Türkiyədə yaşayanların böyük qismi Amasya ilində və Amasya şəhərində yaşayırlar. Onların arasında Türkiyə Böyük Millət Məclisinin keçmiş deputatları, bir çox ziyalılar, İlahiyyat alimləri və müxtəlif sahələrdə nüfuz qazanmış şəxslərdə var. Bu soy Professor, Fəlsəfə doktoru, Elmlər namizədi elmi dərəcələrini almış bir çox ziyalı nümayəndələri, idmançı və pəhləvanları, igid və qəhrəman oğulları ilə tanınmışdır. Qaranilər soyunun davamçı nəsillərindən biridir. Qaranilər Osman Türk mənşəli Yəmən tayfalarından biridir (6-cı əsr). Qaranilər soyunun qədim kökü Məhəmməd Peyğəmbər dövründə yaşamış, Yəmənli və Osman Türk əsilli bir Müsəlman, Övliya, mistik və Filosof olan Veysəl Qaraninin soyundan (Qaranilər) gəlir.
  • Vəkilovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. Qazax qəzasının Yuxarı Salahlı kəndinə mənsub bəy nəslidir. Kosalı ağaları, sonradan isə Vəkilovlar adlanan nəslin azı 400 illik tarixi məlumdur. Bu soy bir çox elm xadimləri, şairləri, müxtəlif sahələrdə nüfuz qazanmış şəxsləri ilə də tanınır.
  • Şıxlinskilər — Azərbaycan xalqının tanınmış soylarından biri. Qazax qəzasının Şıxlı kəndinə mənsub bəy nəslidir. Şıxlınskilər öz soyadlarını Şıxı ağadan alıblar. Bu soy iki qola ayrılırdı. Şıxlinskilər və Alqazaxlar. Alqazax Şıxliniskilər nəsilinin qədim soyadıdır. Soyun ulu babası Ağdolaq Məmməd ağa Qazax qəzasına Şəmkirdən köçüb gəlmişdir. Onun iki övladı vardı. Böyük oğlu Şıхı coх ağıllı və sakit, kiçik oğlu Alqazaх çoх igid, amma dəlisov bir adam idi. Sonradan nəslin hər iki qolu Şıхlinski soyadına keçdi. Bu soy hərbiçiləri, elm xadimləri və şairləri ilə də tanınır.
  • Dilbazilər — Azərbaycan xalqının tanınmış soylarından biri. Qazax qəzasının Xanlıqlar (Musaköy) kəndinə mənsub bəy nəslidir. Dilbazilər soyadı Nadir şahla bağlıdır. Bu söz Molla Alıya deyilib: əcəb dilbaz əst. Mənası: “əcəb ürəkli adamdır”. Dilbazoğulları sırf türk əsilli olmaqla, mənşələri Qaray/Qaraylı/Qaraman adı ilə tarixi qaynaqlarda qeyd olunan, XVI yüzilin sonlarında Səfəvi-Osmanlı müharibəsinin başlanmasına qədər Qazax bölgəsində böyük kütlə halında yaşamış çoxsaylı tayfa ilə bağlanır. Söykökü Qazax mahalının qədim Xanlıqlar kəndi ilə lokallaşır. Soykökün keçmişi ilə bağlı rəvayətlərə söykənsək, onların öncəki adı Xanoğulları olmuşdur. Dilbazilər onlara XVIII yüzilin birinci yarısında verilmiş addır. Nəslin ulu əcdadı Allahyarbəy Qaraylı (XVII əsr) savadlı və qoçaq bir adam kimi xatırlanır. Bu soy bir çox elm xadimləri və şairləri ilə də tanınır.
  • Qayıbovlar (II) — Azərbaycan xalqının tanınmış soylarından biri. Qazax rayonunun Aşağı Salahlı kəndinə mənsub bəy nəslidir.
  • Qiyasbəylilər — Azərbaycan xalqının tanınmış soylarından biri. Qazax rayonunun Dağ Kəsəmən və Kəmərli kəndinə mənsub bəy nəslidir. Əsasən Dağ Kəsəmən kəndində məskunlaşıblar.
  • Əfəndiyevlər — Azərbaycan xalqının tanınmış soylarından biri. Qazax rayonuna mənsub nəsildir. Yusif Allahyarzadənin ulu babası Mustafa kişi 1780-ci illərdə Qazax mahalından Qarayazıya, oradan da Borçalı mahalının Hasanxocalı kəndinə köçüblər. Soyun davamçıları Hasanxocalıda, Arıxlıda, Tiflisdə, Gəncədə, Bakıda, Türkiyədə, Rusiyanın bir neçə vilayətində məskunlaşıblar.
  • Miralayevlər — Azərbaycan xalqının tanınmış soylarından biri. Qazax rayonunun Daş Salahlı kəndinə mənsub bəy nəsildir.Əslində bu soy “Miralay” olmalıdır. Qazaxlılar davamlı olaraq Osmanlı ordusunda xidmət etdiyinə görə soy adı “Miralay”-Əmiralay-Alay Əmiri (indiki Polkovnik) hərbi rütbəsindən götürülmüşdür.Hazırda bu soy Miralılar kimi tanınır.Bu günədək qalmış Miralaylar (Miralılar) şəcərəsindən (soy ağacından) göründüyü kimi bu soyun 450 illik tarixi məlumdur. Qazax sultanlığı dövründə Qazax Sultanlarından biri Miralı bəy olmuşdur.
  • Carçıyevlər (Carçılılar və ya Carçıoğlular) — Azərbaycan xalqının tanınmış soylarından biri. XVII əsrdə Ağstafa rayonunun Kəsəmən kəndindən Qazax rayonunun Çaylı kəndinə köç ediblər. Bu soyun bir qolu Gürcüstan Respublikasında (Borçalı, Marneuli rayonu, Gorarxı kəndi), bir qolu Qərbi Azərbaycan (Göyçə mahalı, Ağbaba) məskunlaşmışlar. Soyun bir qismi sonradan Babaxanov, Ağbabada qalan qolları isə Eminov soyadlarına keçmişdirlər.
  • Nəcəflilər — Aslanbəyli kəndinə mənsub məşhur bəy və qaçaq nəsli. Qaçaq Kərəmin soyundandırlar. Soyun ulu babası Qaçaq Nəcəf Qaçaq Kərəmin babası (ata babası) Molla Zalın qardaşıdır. Bu nəslin nümayəndələri igidlikdə şan-söhrət qazanmışlar. Bir çox idmançı və pəhləvanları, igid və qəhrəman oğulları ilə tanınmışdır. Nəcəfin ulu babaları 18-ci əsrin əvvəllərində qaçaqlıq edərək Qazax Sultanlığının Kəsəmən kəndindən (indiki Ağstafa rayonu Qıraq Kəsəmən ərazisindən) Cənubi Azərbaycanın Xoy ərazisinə köçmüşlər. 100–120 il orada məşkunlaşmış və ad-san qazanmışlar. Bir çox düşmənləri olan Nəcəf və 5 qardaşı babaları İskəndərin məsləhəti ilə 19-cu əsrin 30-cu illərində öz ata-baba yurdları olan Qazax elinə qayıdırlar.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

Qazax rayonunda 8 iri və orta müəssisə, 13 tibb müəssisəsi, 110 mədəniyyət ocağı, 47 orta ümumtəhsil məktəbi, 31 məktəbəqədər uşaq müəssisəsi, 2 texniki, orta ixtisas və peşə məktəbi, 1 ali təhsil müəssisəsi fəaliyyət göstərir.

Əhaliyə 1 “Diaqnostika mərkəzi”, 7 xəstəxana, 19 ambulator-poliklinika, 17 tibb və feldşer-mama məntəqəsi səhiyyə xidməti göstərir.

Həmçinin bax: Mədəniyyət müəssisələrinin siyahısı Təhsil müəssisələrinin siyahısı Səhiyyə müəssisələrinin siyahısı

Qoruqları

Qazax rayonunda “Avey” Dövlət Qoruğu fəaliyyət göstərir. Qoruq 1989-cu ildə yaradılmışdır. Qoruğun ərazisində elmi-tədqiqat işləri aparmaq üçün Əskipara, Göyəzən və Damcılı filialları yaradılmışdır. Qoruq əsasən tarix, mədəniyyət, memarlıq, etnoqrafiya, bədii və digər folklorşünaslıqla məşğuldur. Qoruğun ərazisində yüzlərlə tarix və mədəniyyət abidələri vardır. Onlar Qoruğun əsas mülkiyyəti hesab olunur. Bu abidələrdən 15-i memarlıq, 36-ı arxeoloji və 5-i dekorativ tətbiqi sənət nümunələridir.

Qoruq rayonun müxtəlif qədim tarixi dövrlərə aid olan arxeoloji və memarlıq abidələrini, etnoqrafiya materiallarını tədqiq edib öyrənir.

Maddi-mədəni irsi

Həmçinin bax: Rayonun Tarixi, Mədəni və Arxeoloji abidələrinin siyahısı

Qazax rayonunda dünya, ölkə və yerli əhəmiyyətli 112 tarixi abidə var. Onlardan 54-ü arxeoloji, 46-sı memarlıq, 7-si monumental-tarixi abidə, 5-i dekorativ-tətbiqi incəsənt abidəsidir.

Rayonun məşhur abidələri aşağıdakılardır:

  1. Səməd Vurğunun Poeziya Evi — Yuxarı Salahlı kəndində yerləşir. 17 noyabr 1976-cı ildə şairin anadan olmasının 70 illiyi ilə əlaqədar açılmışdır.
  2. Qazax Tarix-Diyarşünaslıq Muzeyi — Tarix-Diyarşünaslıq muzeyi — 1984-cü ildə yaradılmışdır.
  3. Qazax Dövlət Rəsm Qalereyası — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 13 fevral 1986-cı il tarixli əmrinə əsasən yaradılmışdır.
  4. Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin xatirə muzeyi — 1970-ci ildə M.P.Vaqifin xatirə muzeyi kimi yaradılmışdır.
  5. Qazax Müəllimlər Seminariyasının binası — 1910-cu ildə inşa edilmişdir.
  6. Damcılı mağarası — Daş Salahlı kəndində Avey dağının cənub-şərqində yerləşir. Sahəsi 360 kvadrat kilometrdir. Mağarada aparılan qazıntılar zamanı orta və üst paleolitə, mezolit və neolitə, tunc və orta əsrlərə aid materiallar tapılmışdır. Qazıntılar zamanı 8 mindən artıq arxeoloji materiallar tapılıb. Damcılı mağara düşərgəsi dünya əhəmiyyətli abidələr sırasına daxildir.
  7. Hacı Mahmud Əfəndi türbəsi (Göy türbə) — Qazax rayonunda Aslanbəyli kəndindədir. 1896-cı ildə inşa edilmişdir. Yerli Əhəmiyyətli Tarixi Abidədir.
  8. Hacı Mahmud əfəndinin yaşayış evi və müsafirxanası — yaşayış evi və müsafirxana. Hacı Mahmud əfəndinin yaşayış evi Aslanbəyli kəndinin qərb qurtaracağında yerləşir. Bu ev qonşuluqdakı müsafirxana (qonaq evi) və məscid ilə birlikdə vahid bir kompleks təşkil edir. Yerli daşdan tikilən bina XIX yüzilliyin imkanlı kənd sakinlərin mülkləri üçün səciyyəvi olan bir görkəmə malikdir.
  9. Aslanbəyli məscidi.[27] 1909 — Qazax rayonunun Aslanbəyli kəndində yerləşən məscid. Hacı Mahmud Əfəndinin xatirəsinə ucaldılan məscid onun adını daşıyır. Məsciddə yerli dindar və möminlər ibadət edirlər. Məscid yerli əhəmiyyətli abidələr siyahısına daxildir.
  10. Beş kurqan (Tunc dövrü) — Aslanbəyli kəndinə gedən yolun sol tərəfində yerləşir. Ölkə əhəmiyyətli arxeoloji abidədir.
  11. Hürmələk təpəsi.[28] — Qazax rayonunun Aslanbəyli kəndində yerləşən təpə, Ziyarətgah. Yuxarı Salahlı-Aslanbəyli yolunun qırağında bir təpə yerləşir. Bu təpə XİX əsrdə yaşamış Hürmələk nənənin adı ilə tanılır.
  12. Sınıq Körpü — Qazax rayonunun İkinci Şıxlı kəndində Ehram (Xram) çayı üzərindədir. XII əsrdə inşa edilmiş bu körpü dörd aşırımlıdır.
  13. Didevan dağı — Xanlıqlar kəndi ərazisində yerləşir. VI–VII əslərə aiddir. Müdafiə xarakterli bu abidə memarlıq nümunəsi kimi ölkə əhəmiyyətli abidələr siyahısına daxildir.
  14. Baba-Dərviş yaşayış məskəni — Dəmirçilər kəndi ərazisindədir. Baba Dərviş yaşayış məskənində dini abidə olan 3 türbə var. Ölkə əhəmiyyətli arxeoloji abidədir.
  15. Sarvantəpə qədim yaşayış məskəni — Rayonun Çaylı kəndi ərazisində son tunc, ilk dəmir dövrünə aid olan qədim yaşayış məskəni.
  16. Sarıtəpə yaşayış yeri — Qazax şəhərinin cənub-şərqində yerləşən ölkə əhəmiyyətli arxeoloji abidə.
  17. Cümə məscidi — Qazax şəhərindədir. 1902-ci ildə Kəsəmənli Axund Hacı Zeynalabdin Məhəmmədəli oğlunun təşəbbüsü ilə tikilmişdir. Baş ustası mahir bənna Müzəffər Hüseynovdur.
  18. Alban Avey məbədi — Avey dağının cənub zirvəsində 992,5 m yüksəklikdədir. Məbəd V–VI əsrlərə aiddir. Ölkə əhəmiyyətli tarixi və mədəni abidədir.
  19. İsrafil ağa hamamı (1905–1907) — Qoşa günbəzli hamam olub, Qazax şəhərin mərkəzində, məscidin qarşısında yerləşir.
  20. Şıxlı insan düşərgəsi — Birinci Şıxlı kəndinin yaxınlığında aşkar olunmuşdur. Aparılmış qazıntılar zamanı 1023 məmulat tapılmışdır. Burada Uzundərə, Çınqıltəpə, Acıtəpə mustye yaşayış məskənləri də aşkar edilmişdir.
  21. Əskipara məbədi — Aşağı Əskipara kəndi ərazisndə yerləşən məbəd V–VIII əsrlərdə tikilmişdir. Məbədin divarlarının bir neçə yerində böyük alban xaçı həkk olunub ki, bu da məbədin albanlara məxsusluğunu sübut edir. Ölkə əhəmiyyətli tarixi və mədəni abidədir.
  22. Alban məbədinin qalıqları (Kəmərli) — Qazax rayonunun Kəmərli kəndində yerləşir. Orta əsrlərə aiddir. Ölkə əhəmiyyətli arxeoloji abidədir.
  23. Atəşpərəstlər daxması (Xanlıqlar) — Qazax rayonunun Xanlıqlar (Musaköy) Köçəskər kəndləri arasında yerləşən qədim yaşayış yeridir. e.ə. VI əsrə aid ölkə əhəmiyyətli arxeoloji abidədir.
  24. Börgin Ağzı yaşayış yeri — Qazax rayonunun Daş Salahlı kəndindən Aslanbəyli kəndinə gedən yolun 500 metr qərbində yerləşir. Tunc dövrünə aid ölkə əhəmiyyətli arxeoloji abidədir.
  25. Qiyaməttəpə yaşayış yeri (Qazax) — Qazax konserv zavodunun yanında yerləşir. Eneolit dövrünə aid ölkə əhəmiyyətli arxeoloji abidədir.
  26. Boztəpə yaşayış yeri (Daş Salahlı) — Qazax rayonunun Daş Salahlı 1 kilometr şərqdə yerləşir. Son Tunc dövrünə aid ölkə əhəmiyyətli arxeoloji abidədir.
  27. Qazaxbəyli təpələri — Qazax rayonunun Qazaxbəyli kəndi yaxınlığında bir-birindən 250–300 m aralıda yerləşən təbii təpələr.Qazaxbəyli təpələrində 1952-ci ildə erkən Dəmir dövrünə (e.ə. 8–6 əsrlər) aid olan yaşayış yeri və qəbiristanlıq aşkar edilmişdir. Ölkə əhəmiyyətli arxeoloji abidədir.
  28. Gəmiqaya təpəsi — Bakı-Tbilisi avtomagistralın sağ tərəfində, Birinci Şıxlı kəndinin yaxınlığında erkən Dəmir dövrünə (e.ə. 8–6 əsrlər) aid təpə.
  29. Yeddi qardaş arxeoloji abidəsi — Dəmirçilər kəndində yerləşən arxeoloji abidə
  30. Çaylı kəndində körpü — Bu körpü Çaylı (Qazax)) kəndində yerləşir. Tikilmə tarixi son orta əsrlərə aiddir.
  31. Qatır körpüsü (Yuxarı Əskipara) — XII–XIII əsrlər — Bu körpü Əskipara çayının üzərindən atılaraq Yuxarı Əskipara kəndi yaxınlığında tikilmişdir. Yerli əhəmiyyətli tarixi və mədəni abidədir.
  32. Yeraltı yol (Yuxarı Əskipara) — (XIV əsr) — Qazax rayonunun Yuxarı Əskipara kəndində yerləşən ölkə əhəmiyyətli arxeoloji abidə.
  33. Yeraltı su kəməri (Yuxarı Əskipara) — Qazax rayonunun Yuxarı Əskipara kəndində yerləşən ölkə əhəmiyyətli arxeoloji abidə.
  34. Göyəzən dağında Yeddibürclü qala — Bu müdafiə istehkamı Qazax bölgəsinin simvolu sayılan Göyəzən dağın ətəyində yerləşir. Qalanın VIII əsrin ortalarında ərəblər, XIII əsrdə isə monqollar tərəfindən tar-mar edildiyi söylənir. Ətrafda qazıntı işləri aparılmışdır.
  35. Didivan qalası (Didivan qülləsi) — Qazax şəhərindən 5 km aralı, Xanlıqlar kəndinin qərbindəki Dədəban dağının döşündə qala. Xalq arasında qalaya Koroğlu qalası da deyilir. Güman edilir ki, qala təxminən VI–VII əsrlərdə inşa olunub. XX əsrin ortalarınadək bura ziyarətgah olub. Ölkə əhəmiyyətli tarixi və mədəni abidədir.
  36. Dördkünclü qala (Yuxarı Əskipara) — Coğas çayının sahilində ucaldılmışdır.
  37. Rus Pravoslav kilsəsi (Qazax) (1897)-(1905) — Kilsə binası Qazaxda yerləşir.
  • Çempion ağacları — Yuxarı Salahlı kəndinin kənarında Aveydağın ətəyindəki “Qarabulaq” ərazisində yerləşir. İki ədəd 400 yaşlı əzəmətli şərq çinarı.

Qeyri-maddi irsi

2010-cu ildə “Qazax — Azərbaycanın folklor paytaxtı” elan olunmuşdur.

  1. Qazaxda aşıq sənəti — Qazax folklorunun ən uca zirvələrindən biri aşıq sənəti ilə bağlıdır. Qazax aşıqlar vətəni kimi ad çıxarıb. Dərviş Mahmud, Çoban Əfqan, Miskin Həsən, Mirzə Səməd, Aşıq Məmmədyar, Aşıq Canallı Məmməd, Dərya Məhəmməd, Aşıq Avdı Avdıyev, Aşıq Kərəm, Aşıq Cəlal, Aşıq Ədalət kimi ustad sənətkarlar bu elin əsl mənəvi sərvətidir.
  2. Qazax xalçaları — Arxeoloji materiallara və yazılı mənbələrə əsasən Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu — I minilliyin əvvəllərində) məşğul olmuşlar. Qazax şəhəri və ətraf kəndləri əsrlər boyu Azərbaycanın xalçaçılıq mərkəzlərindən biri olubdur. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar Qazax məişətində geniş istifadə edilir. Hələ keçən əsrin əvvəlində burada yaşayan hər Azərbaycan ailəsi ildə 4–5 xalça toxuyardı. Cavan gəlinlərin özlərinə cehizlik xalçalar toxuması isə buranın qədim el adət idi.
  3. Dilbaz atı (Qazax atları) — XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Azərbaycanda yetişdirilmiş at cinsi. Azərbaycan Respublikasında milli at cinsidir. Yerli Azərbaycan atlarının qədim cinslərindən biridir. Dilbaz atı təqribən XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yerli atların Şərq atları ilə çarpazlaşdırılması əsasında və Qarabağ cinsinin təsiri altında Qazax qəzasında yaradılmışdır. Bir az Qarabağ atlarına oxşayır. Bu şərqi minik at növü Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonlarında formalaşmışdır.
  4. Qazağı rəqsi — Ən qədim Azərbaycan rəqslərindən biri. Adından göründüyü kimi rəqs Qazax zonasında yaranmışdır. Fərz olunur ki, Qazağı döyüşçü rəqsidir. Onu yürüşə və hərbə gedəndə ifa edərmişlər. Rəqs nikbinlik və qəhrəmanlıq pafosu ilə yanaşı incəlik və təmkinliklərlə zəngindir. Olduqca yeyin hərəkətli, coşqun, texniki baxımdan mürəkkəb elementlərlə zəngin və solist intonasiyalı rəqsdir. Rəqs ifa olunarkən sərrast hərəkətlər və daxili qüvvənin əzəməti tələb olunur. Çox versiyalara malikdir və müxtəlif alətlərdə səslənə bilir.
  5. Sınıq Körpünün əfsanəsi — Əfsanəyə görə, sınıq körpünü bir oğlan sevgilisinin arzusu ilə inşa etmişdir. Bir oğlan qənirsiz gözələ elçi gəlibmiş. Qız həmin oğlanın dözümünü yoxlamaq məqsədi ilə deyib: “Kim bu çayın üzərindən körpü salsa qəbimə körpü salmış olar”. Bu gözəlin eşqinə bir çoxları körpü salmaq həvəsinə düşürlər. Lakin salınan körpülər selə dözməyib uçurmuş. Cavanlardan biri inadından, əqidəsindən dönmür. Qız onun məhəbbətinə qəlbən inanır və ona belə bir xəbər göndərir: “Nər oğlan, özünü bu qədər incitmə. Çökəkdə körpu bənd almaz. Dayaqları bir az yuxarıdakı sal qayaların üstündə salsan, arzuna çatarsan”. Oğlan körpünü qoyun südü və bişmiş kərpiçdən hörür. Körpü hər təzyiqə tab gətirir. Qız vədinə əməl edir və nişan üzüyünü barmağına taxır.
  6. Baba-Dərviş əfsanəsi — Qazaxın Xanlıqlar kəndində, Ağstafa çayının sol sahilində təpəlik ərazidə yerləşir. 1958–1967-ci illərdə bu ərazinin cənubunda aşkar olunmuş tunc dövünə aid arxeoloji abidə məhz tapıldığı ərazinin adı ilə Baba-dərviş yaşayış məskəni adlanır. Deyilənə görə, çox qədimlərdə 5–6 min il bundan əvvəl bu yerlərdə şəhər olub. Təbriz, Naxçıvan, İrəvan, Tiflis karvan yolunun günçıxanında yerləşən şəhəri min il əvvəl yadellilər dağıdıblar. Sonda zəlzələ axırına çıxıb. Xarabalağında bir zamanlar Dərviş Baba (Baba Dərviş) və onun müridləri yaşayıblar. Odur ki, adı Baba–dərviş qalıb. Rəvayətə görə, dərviş adətə görə evlənməzmiş. Gənc dərvişlərdən biri bu adəti pozub və kənd-kənd gəzərək görüb sevdiyi qızla evlənib. Sözü tanrı tərəfindən eşidilən Baba Dərvişin qarğışı ilə buralar yerlə yeksan olub. Ailəsi məhv olan gənc dərviş havalınıb oxuya-oxuya gəzərmiş.

Görkəmli şəxsləri

  • Həmçinin bax: Qazax rayonunda doğulan görkəmli şəxslərin siyahısı və şəxslər haqqında məqaləyə keçid
  • Qazaxda doğulan görkəmli şəxslərin siyahısı və şəxslər haqqında məqaləyə keçid
  • Molla Pənah Vaqif (1717–1797) – görkəmli Azərbaycan şairi və ictimai xadim.
  • Səməd Vurğun (1906–1956) – görkəmli Azərbaycan şairi.
  • Molla Vəli Vidadi – (1707–1809) görkəmli Azərbaycan şairi.
  • Qaçaq Kərəm (1860–1910) — Azərbaycanın xalq qəhrəmanı.
  • Əliağa Şıxlinski – (1865–1943) artilleriya general-leytenantı.
  • İsmayıl Şıxlı – (1919–1995) Azərbaycanın xalq yazıçısı.
  • Mehdi Hüseyn (1909–1964) — Azərbaycanın xalq yazıçısı.
  • Osman Sarıvəlli (1905–1990) — Azərbaycanın xalq şairi.
  • Mirvarid Dilbazi (1912–2001) — Azərbaycanın xalq şairi.
  • Mustafa Babanlı (1968) — Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru.
  • Eldar Namazov (d.1956) — Azərbaycan Respublikası Prezidentinin katibliyinin keçmiş rəhbəri.
  • Şahin Mustafayev –(1965)– Azərbaycan Respublikası İqtisadiyyat Naziri.
  • Leyla Şıxlinskaya (1947) — Azərbaycan kino aktrisası, baletmeysteri, xoreoqrafı və pedaqoqu.
  • Firdovsi Umudov (Firdovsi Qəmnalı oğlu Umudov) (1977) — Azərbaycanlı güləş məşqçisi, polkovnik-leytenant.
  • Nicat Rəhimov (d.1993) — Qazaxıstanı təmsil edən Azərbaycan əsilli ağır atlet.
  • Həsən Əliyev (1989) — Azərbaycanlı yunan-roma güləşçisidir.
  • Tofiq Babanlı Məşhur boksçu, SSRİ idman ustası
  • Alı Mustafayev – (1952–1991) Azərbaycanın Milli Qəhrəmanı.
  • Aqil Musayev – (1974–1994) Azərbaycanın Milli Qəhrəmanı.
  • Mərifət Nəsibov – (1972–1992) Azərbaycanın Milli Qəhrəmanı.
  • Rafiq Alıcanov – (1965–1993 Kəmərli) Azərbaycanın Milli Qəhrəmanı.
  • Şamoy Çobanov – (1965–1990) Azərbaycanın Milli Qəhrəmanı.
  • Firudin Şamoyev – (1962–1992) Azərbaycanın Milli Qəhrəmanı.
  • Tahir İsayev “Serafino” – (1922–2001) İtaliyanın Milli Qəhrəmanı.
  • Nərminə Məmmədova (1932–1997) — Azərbaycan müğənnisi.
  • Həmid Vəkilov (1949) – Məşhur novator tarzən. Professor, Azərbaycan SSR əməkdar artisti.
  • Sabir Məmmədov (d.1968) — Azərbaycanlı aktyor, Azərbaycanın Əməkdar artisti.
  • Baba Mahmudoğlu (1940–2006) — müğənni, Azərbaycan Respublikasının Xalq artisti
  • Xumar Qədimova (d.1966) — Azərbaycan müğənnisi, Azərbaycanın Əməkdar artisti
  • Qeysər Kaşıyeva (1893–1972)- ilk azərbaycanlı rəssam qadın.
  • Hacı Kərim Sanılı (1878–1937) Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin üzvü, şair, maarifçi, ictimai xadim.
  • Nigar Şıxlinskaya – (1878–1931) ilk azərbaycanlı tibb bacısı, İlk ali təhsilli azərbaycanlı qadın.
  • Xədicə Qayıbova – (1893–1938) ilk azərbaycanlı pianoçu qadınlardan biri.
  • İbrahim ağa Vəkilov — (1853–1934) general-mayor, ilk azərbaycanlı hərbi topoqraf.
  • İbrahim ağa Usubov – (1872–1920) genaral-mayor, diviziya komandiri.
  • Fərrux ağa Qayıbov – (1889–1916) ilk azərbaycanlı hərbi təyyarəçi.
  • Mustafa bəy Vəkilov — (1896–1965) ADR Parlamentinin üzvü, Daxili İşlər Naziri.
  • Fərman Salmanov — (1931–2007) azərbaycanlı geoloq.
  • Arif Vəliyev — (1943–2014) Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri (1993–2014).
  • Müseyib Allahverdiyev — (1909–1969), Sovet İttifaqı Qəhrəmanı.

Oxşar Xəbərlər