Qobustan rayonu

Dek29,2020
Qobustan rayonu

Qobustan rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə yaradılan yeni ərazi-inzibati vahidlərdən biridir. İnzibati mərkəzi Qobustan şəhəridir.

Tarixi

Qobustan rayonu Azərbaycanın Şirvan tarixi vilayətinin rayonlarından biridir.Tariximizin ilk daş səhifələrini min illərlə özündə yaşadan Qobustan diyarı Böyük Qafqaz dağlarının şərq və cənub-şərq ətəklərində Azərbaycan Respublikasının şərq hissəsində yerləşir. Azərbaycan Respublikasının Qobustan ərazisi tarixi-coğrafi məkan olmaqla qədim Şirvanın tarixi ərazisi Mingəçevirdən tutmuş Kür çayının böyük sol sahil torpaqları Dərbənd də daxil olmaqla Dərbənd Səddinə (qədim Dağıstana) kimi uzanmışdır. Elə buna görə də tarixi-coğrafi baxımdan Şirvan dedikdə Qobustan Şirvan ərazisi hesab edilməlidir. Lakin bununla yanaşı keçən əsr yazılı mənbələrində inzibati ərazi vahidi kimi Şamaxı qəzasının iki böyük nahiyəyə (sahəyə) ayrılması məlumdur. Bunlardan biri Qoşun sahəsi, digəri isə Qobustan sahəsi adlanmışdır.

Onu da qeyd edək ki, Azərbaycanın müasir fiziki-coğrafi bölgəsinə əsasən Qobustan özlüyündə ayrıca bir fiziki-coğrafi sahə (rayon) kimi qeyd edilir. Qobustan fiziki-coğrafi ərazisi şimaldan Baş Qafqaz silsiləsinin suayırıcı cənub yamacı Kürəkçi dağın (527 m) suayırıcı ilə Altıağac kəndinin cənubundan keçir.

Qərbdə Baş Qafqaz suayırıcı üzərindən Altıağac yanından başlayaraq Aladaş yaylası, Xilmilli (Xiləmilli) və Pirsaat çayının sol qolu Acıdərə çayla uzanaraq cənubunda Pirsaat çayının yatağı ilə davam edərək Səba düzünə çıxdıqdan sonra Hərəmi sıra dağlarının suayırıcı ilə Kiçik Hərəmi və Mişov dağ istiqamətində Ələt burnundan Xəzər dənizi ilə qovuşur. Şərq sərhəddi Xəzər dənizi, Abşeron yarımadasında Yasamal dərəsi Ceyrankeçməz çökəkliyi istiqamətində uzanır. Qobustan qərbdən şərqə 80 km, şimaldan cənuba 100 km məsafədə uzanır. Ümumiyyətlə fiziki-coğrafi sahə olmaqla Qobustan ərazisinin bir qismi Xızı, Abşeron, Qaradağ, Hacıqabul inzibati rayonlarına daxil olmaqla yanaşı onun əsas hissəsi (1369,4 km2 ) 24 aprel 1990-cı ildə yaradılmış Qobustan inzibati rayonuna daxildir.

Qobustan inzibati rayonunun ərazisi az istisna olmaqla keçmiş Mərəzə inzibati rayonunun ərazisinə uyğun gəlir. Onun şimal sərhəddi Şamaxı rayonu ərazisində Taxtayaylaq sistemi, şimal-şərqdən Xızı inzibati rayonu Çingil çayı boyu uzanaraq Cəngi kəndinin az şərqdə, şərqdə və cənub-şərqdən Abşeron inzibati rayonu, cənubdan kiçik bir məsafədə (6 km) Hacıqabul inzibati rayonu, cənub-qərbdən, qərbdən və şimal-qərbdən Şamaxı inzibati rayonları ilə sərhədlənir. Təxmini şimaldan cənuba 51 km, qərbdən şərqə isə 45 km məsafədə uzanır.

Qobustan inzibati rayonunun ərazisi mürəkkəb relyefə malik dağlıq sahədir. Onun öyrənilməsi ümumi Qobustan ərazisi daxilində tədqiqatçıların diqqətindən kənarda qalmamış, onun tərkibində araşdırılmışdır. Qobustan rayon ərazisi cənub-şərqə doğru meyllidir. Ərazi oroqrafiyasına görə dağlıq yayla tənəli öndağ, düzənliklər olmaqla üç yerə bölünür. Dağlıq yayla Qobustanın şimal-qərb hissəsini əhatə edir. Bura dərin dərələrə parçalanmış düzən (penplen) səthli dağlıq sahələridir. Cənub-şərqə doğru alçalaraq yastı düzənliklər mövcuddur. Üçüncüsü, dördüncü dövrlərin yumşaq çöküntü süxurlarından ibarət olduqlarına eroziyaya daha çox məruz qalıb yuyulub aşınaraq yarğan və dərələrin inkişafına səbəb olmuşdur. Acıdərə yaxınlığında dağlarda gil karstı inkişaf etmişdir. Buna görə də tipik karst landşaftı yayılmışdır. Belə karstı sahələr Pirsaat çaylı göl qolları, Acıdərə çaylı, Zəngi dərə (Qapçı) çay arasında bedlend (yararsız) psevda-karst (yalançı karst) inkişaf etmişdir.

Sumqayıt, Ceyrankeçməz çay dərələrində sürüşmə hadisələri yayılmışdır. Öndağ şərq cənub-şərq hissələrini əhatə edir. Burada palçıq vulkanları geniş yayılmışdır, gil karst relyefi müşahidə edilir. Düzən Qobustan isə inzibati rayonunun ərazisindən kənarda-cənubdadır. Qobustan relyef formalarının əmələgəlməsində küləklərin, yağıntıların palçıq vulkanlarının rolu böyükdür. Palçıq vulkanları relyefdə xüsusi xarakterə malikdir. Rayon ərazisində Cəyirli, Şorsulu, Kolanı, Şeyxsərli, Qoduq qıran və s. palçıq vulkanları vardır.

Rayon ərazisində Sündü, Mərəzə, Pirdirəki, Qılıcan, Yacvanı, Gicəki, Qarpızlı yaylaları, Şaiblər, Qaiblər, Böyük Gicəki, Şəmşəddin, Sunqur, Bayanata, Girdə və s. yüksəklikləri qeyd etmək olar. Geoloji baxımdan Qobustanda məhsuldar qat neft və qazla zəngindir. Bunların təbii göstəriciləri palçıq vulkanlarıdır. Qobustanda da təbii halda Nabur, Hilmilli (Xilmilli), Cəyirli Şorsulu, Ərəbqədim, Şeyxzərli, Kolanı və s. palçıq vulkanlarında təzahür edir.

Rayonda müxtəlif tikinti materialları ehtiyatı (əhəngdaşı, qum, çınqıl), sənaye əhəmiyyətli gillər, vulkan külü, gips, şist və s. ehtiyatı vardır.

Coğrafi mövqeyi

Rayonda külək turbinləri

Qobustan rayonu Şamaxıdan şərq tərəfdə, Bakıdan 101 km aralıda yerləşir.

Relyefi

Qobustanda ərazinin relyefi – dərələr, yarğanlar, qayalar, toponimik şəkildə öz əksini tapmışdır. Bu yerlərin baharı çox gözəl olur – lalələr, çobanyastığı, qaymaqçiçəyi gül açır . Qobustan relyef formalarının əmələgəlməsində küləklərin, yağıntıların palçıq vulkanlarının rolu böyükdür. Rayon ərazisində Cəyirli, Şorsulu, Kolanı, Şeyxsərli, Qoduq qıran və s. palçıq vulkanları vardır. Rayonda müxtəlif tikinti materialları ehtiyatı (əhəngdaşı, qum, çınqıl), sənaye əhəmiyyətli gillər, vulkan külü, gips, şist və s. ehtiyatı vardır. Rayonda əkinçilik ənənəvi sahələrdən biridir. Rayon öz əhalisini maksimum səviyyədə taxılla təmin edir. Taxılçılıq əsasən dəmyə şəraitində becərilir. Şimalda Meysəri (Haçaqaya d., 1241 m) və Yurtandağ silsilələri (Yurtandağ d., 898 m), mərkəzdə Mərəzə yaylası, Gicəki tirəsi (Gicəki d., 1047 m) əsas oroqrafik vahidlərdir. Neft, təbii qaz, yanar şist yataqları, tikinti materialları, çoxlu bulaqlar və palçıq vulkanları vardır.

Təbiəti

Qobustanın torpaq örtüyü müxtəlifdir. Şərq hissədə boz, qonur şorakətli, şimal-qərbdə şabalıdı torpaqlar yayılmışdır. Qobustan adi görünüşündən fərqli olaraq bitki örtüyü ilə zəngindir. Azərbaycandakı 4000 bitki növündən 470 növünə burada təsadüf olunur. Əksəriyyəti çiçəkli bitkilərdir. Məsələn, şoran tipli yovşan, qarağan, kəngiz, xoruzgülü, qanqal, ölgürgən qayıq çiçək, baldırğan, əngiran, gülxətmi, əsmə çiçək və s. kserofit bitkilər yayılmışdır.

Quraqlığa davamlı kollar-nar, murdarça, iydə, əncir, qaramıx, itburnu, quş üzümü və başqa da vardır. Onu da qeyd edək ki, belə kolluqlar daşlı qayalarda bitməyə uyğunlaşmışlar. Çünki kiçik şehənəm yağıntılardan daşlar üzərinə düşən su damcılarından asanlıqla qidalana bilərlər.

Heyvanlar aləmi yoxsuldur. Vaxtı ilə burda geniş yayılmış məməlilərdən Ceyranın yer adlarında izi qalmışdır (Ceyran bulağı, Ceyran nohuru, Ceyrankeçməz çayı və.s). Vaxtı ilə kaftar və.b heyvanlar yaşamışdır. Lakin onun nəsli kəsilmişdir. Hazırda canavar , çaqqal, tülkü, porsuq, dovşan, sürünənlərin isə müxtəlif zəhərli növləri (ilan, kərtənkələ)kirpi, bağa və müxtəlif növ quşlar mövcuddur.

İqlimi

Rayonun iqlimi əsas etibarı ilə yarımsəhra iqlimidir. Tariximizin ilk daş səhifələrini minlərlə özündə yaşadan Qobustan diyarı Böyük Qafqaz dağlarının şərq və cənub-şərq ətəklərində Azərbaycan Respublikasının şərq hissəsində yerləşir. Azərbaycan Respublikasının Qobustan ərazisi tarixi-coğrafi məkan olmaqla qədim Şirvanın tarixi ərazisi Mingəçevirdən tutmuş Kür çayı böyük sol sahil torpaqları Dərbənddə daxil olmaqla Dərbənd Səddinə (qədim Dağıstana) kimi uzanmışdır. Elə buna görə də tarixi-coğrafi baxımdan Şirvan dedikdə Qobustan Şirvan ərazisi hesab edilməlidir. Lakin bununla yanaşı keçən əsr yazılı mənbələrində inzibati ərazi vahidi kimi Şamaxı qəzası iki böyük nahiyəyə (sahəyə) ayrılması məlumdur. Bunlardan biri Qoşun sahəsi, digəri isə Qobustan sahəsi adlanmışdır.

Onu da qeyd edək ki, azərbaycanın müasir fiziki-coğrafi bölgəsinə əsasən Qobustan özlüyündə ayrıca bir fiziki-coğrafi sahə (rayon) kimi qeyd edilir. Qobustan fiziki-coğrafi ərazisi şimaldan Baş Qafqaz silsiləsinin suayırıcı cənub yamacı Kürəkçi dağın (527 m) suayırıcı ilə Altıağac kəndinin cənubundan keçir.

Qərbdə Baş Qafqaz suayırıcı üzərindən Altıağac yanından başlayaraq Aladaş yaylası, Hilmilli (Xiləmilli) və Pirsaat çayının sol qolu Acıdərə çayla uzanaraq cənubunda Pirsaat çayının yatağı ilə davam edərək Səba düzünə çıxdıqdan sonra Hərəmi sıra dağlarının suayırıcı ilə Kiçik Hərəmi və Mişov dağ istiqamətində Ələt burnundan Xəzər dənizi ilə qovuşur. Şərq sərhəddi Xəzər dənizi, Abşeron yarımadasında Yasamal dərəsi Ceyrankeçməz çökəkliyi istiqamətində uzanır. Ərazi Qobustan qərbdən şərqə 80 km, şimaldan cənuba 100 km məsafədə uzanır. Ümumiyyətlə fiziki-coğrafi sahə olmaqla Qobustan ərazisinin bir qismi Xızı, Abşeron, Qaradağ, Hacıqabul inzibati rayonlarına daxil olmaqla yanaşı onun əsas hissəsi (1369,4 km²) 24 aprel 1990-cı ildə yaradılmış Qobustan inzibati rayonuna daxildir.

Qobustan inzibati rayonu ərazisi az istisna olmaqla keçmiş Mərəzə inzibati rayonunun ərazisinə uyğun gəlir. Onun şimal sərhəddi Şamaxı rayonu ərazisində Taxtayaylaq sistemi, şimal-şərqdən Xızı inzibati rayonu Çingil çayı boyu uzanaraq Cəngi kəndinin az şərqdə, şərqdə və cənub-şərqdən Abşeron inzibati rayonu, cənubdan kiçik bir məsafədə (6 km) Hacıqabul inzibati rayonu, cənub-qərbdən, qərbdən və şimal-qərbdən Şamaxı inzibati rayonları ilə sərhədlənir. Təxmini şimaldan cənuba 51 km, qərbdən şərqə isə 45 km məsafədə uzanır.

Qobustan inzibati rayonu ərazisi mürəkkəb relyef malik dağlıq sahədir. Onun öyrənilməsi ümumi Qobustan ərazisi daxilində tədqiqatçılarının diqqətindən kənarda qalmamış, onun tərkibində araşdırılmışdır.

Qobustan rayon ərazisi cənub-şərqə doğru meyllidir. Ərazi oroqrafiyasına görə dağlıq yayla tənəli öndağ, düzənliklər olmaqla üç yerə bölünür.

Dağlıq yayla Qobustanın şimal-qərb hissəsini əhatə edir. Bura dərin dərələrə parçalanmış düzən (penplen) səthli dağlıq sahələridir. Cənub-şərqə doğru alçalaraq yastı düzənliklər mövcuddur. Üçüncüsü, dördüncü dövrlərin yumşaq çöküntü süxurlarından ibarət olduqlarına eroziyaya daha çox məruz qalıb yuyulub aşınaraq yarğan və dərələrin inkişafına səbəb olmuşdur.

Acıdərə yaxınlığında dağlarda gil karstı inkişaf etmişdir. Buna görə də tipik karst landşaftı yayılmışdır. Belə karstı sahələr Pirsaat çaylı göl qolları, Acıdərə çaylı, Zəngi dərə (Qapçı) çay arasında bedlend (yararsız) psevda-karst (yalançı karst) inkişaf etmişdir.

Sumqayıt, Ceyrankeçməz çay dərələrində sürüşmə hadisələri yayılmışdır.

Öndağ şərq cənub-şərq hissələrini əhatə edir. Burada palçıq vulkanları geniş yayılmışdır, gil karst relyefi müşahidə edilir. Düzən Qobustan isə inzibati rayonunun ərazisindən kənarda-cənubdadır.

Qobustan relyef formalarının əmələgəlməsində küləklərin, yağıntıların palçıq vulkanlarının rolu böyükdür. Palçıq vulkanları relyefdə xüsusi xarakterə malikdir. Rayon ərazisində Cəyirli, Şorsulu, Kolanı, Şeyxsərli, Qoduq qıran və s. palçıq vulkanları vardır.

Rayon ərazidə Sündü, Mərəzə, Pirdirəki, Qılıcan, Yacvanı, Gicəki, Qarpızlı yaylaları, Şaiblər, Qaiblər, Böyük Gicəki, Şəmşəddin, Sunqur, Bayanata, Girdə və s. yüksəklikləri qeyd etmək olar.

Geoloji baxımdan Qobustanda məhsuldar qat neft və qazla zəngindir. Bunların təbii göstəriciləri palçıq vulkanlarıdır. Qobustanda da təbii halda Nabur, Hilmilli (Xilmilli), Cəyirli Şorsulu, Ərəbqədim, Şeyxzərli, Kolanı və s. palçıq vulkanlarında təzahür edir.

Rayonda müxtəlif tikinti materialları ehtiyatı (əhəngdaşı, qum, çınqıl), sənaye əhəmiyyətli gillər, vulkan külü, gips, şist və s. ehtiyatı vardır.

Ərazisi

Qobustan rayonunun əhalisi 01.01.2014-ci il tarixə 43125 nəfərdir. Qobustan rayonu ərazisində 1 şəhər, 1 qəsəbə və 31 kənd mövcuddur. Əhalinin 21519 nəfəri kişilər, 21606 nəfərini isə qadınlar təşkil edir. Şəhər əhalisinin sayı 8329 nəfər, kəndlərdə yaşayanları sayı 34796 nəfərdir.

İri yaşayış məntəqələri

Mərkəzi Qobustan şəhəridir. Rayonda 1 şəhər, 1 qəsəbə, 15 kənd ərazi dairəsi, 31 kənd yaşayış məntəqəsi vardır.

Əhalisi

Əsas məqalələr: Azərbaycan əhalisinin siyahıyaalınması (1999) və Azərbaycan əhalisinin siyahıyaalınması (2009)

Əhalinin sayı 1 yanvar 2009-cu ilin məlumatları əsasında:

ƏraziCəmiKişiQadın
nəfərfaiznəfərfaiznəfərfaiz
Qobustan rayonu40112100,019879100,020233100,0
Şəhər əhalisi808620,16406420,44402219,88
Kənd əhalisi3202679,841581579,561621180,12

Görkəmli şəxsləri

Mirabbas Qasımov, Alim Qasımov, İlqar Məmmədov, Elnarə Abdullayeva,Zabit Nəbizadə,Həmdulla Aslanov,Nurəddin Bəndəliyev, Əbdül Xalıqov,Telman Məlikov, Əliabbas Haxıyev, Seyidəli Haxıyev, Rafiq Bayramov, Feyruz Həsənov, Baləmi İsmayılov, Seyidəli Əmrahov, Seyidəhmədov Əhməd

İqtisadi xarakteristikası

Rayonda əkinçilik ənənəvi sahələrdən biridir. Rayon öz əhalisini maksimum səviyyədə taxılla təmin edir. Belə ki, hər il adam başına müntəzəm olaraq 1 tondan artıq taxıl istehsal olunur. Taxılçılıq əsasən dəmyə şəraitində becərilir.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

Maddi-mədəni irsi

Qobustanda ən maraqlı və turistlər üçün cəlbedici obyekt şəhərin yaxınlığındakı dərədə, Söyünlü kəndində yerləşən mağara labirintləridir. (kürələr). Burada xalq arasında “layan qaya” deyilən çox orijinal bir təbii hadisəni müşahidə etmək mümkündür. Rəvayətə görə Bu qayadan axan “gözyaşları” əsgər oğlanları həlak olmuş ananın gözyaşlarıdır. Mağaralar orta əsrlərdə Azərbaycanda tayfa müharibələri və yadelli işğalçıların basqınları baş verərkən süni yolla genişləndirilmiş və yaşayış üçün uyğunlaşdırılmış təbii qalereyalar sistemidir.

40°32′06″ şm. e. 48°55′16″ ş. u.
Ölkə Azərbaycan
BaşçıAdil Məmmədov
Tarixi və coğrafiyası
Əsası qoyulub1920
Sahəsi1 369.4 km²
Mərkəzin hündürlüyü595 m
Saat qurşağıUTC+04:00
Əhalisi
Əhalisi46 871 nəfər (2019)
Sıxlığı33 nəf./km²
Milli tərkibiAzərbaycanlılar
Dini tərkibiislam
Rəsmi diliAzərbaycan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu+994 150
Poçt indeksi3700
Nəqliyyat kodu37

Oxşar Xəbərlər