Bu gün “İslam Kərimov adına Daşkənd” beynəlxalq hava limanı Qazaxıstanın “FlyArystan” aviaşirkəti tərəfindən həyata keçirilən Türküstan-Daşkənd istiqamətində ilk reysi qəbul etdi.
QİA.AZ-ın məlumatına görə, biletlərin qiyməti bir tərəfə 870 min sum (139.45 man) dəyərindən başlayır.
Uçuş müddəti 50 dəqiqə təşkil edir. Biletləri “FlyArystan” mobil tətbiqdən və Özbəkistanın turistik agentliklərindən almaq olar.
Qeyd edək ki, “FlyArystan” aviaşirkəti Türküstandan başqa Almatı və Nur-Sultan şəhərlərinə, ümumilikdə isə hər gün Qazaxıstan daxili və xarici 70-dən artıq uçuş həyata keçirir.