Qırğızıstanın xarici işlər naziri Azərbaycana səfər edəcək

İyn24,2021

Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev Azərbaycanın Qırğızıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucovu qəbul edib.

QİA.AZ xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd ediblər.

“Qırğızıstan-Azərbaycan əməkdaşlığının aktual məsələləri barədə fikir mübadiləsi aparıldı, nazir R. Kazakbayevin Azərbaycana gözlənilən səfəri də daxil olmaqla yüksək səviyyələrdə təmasların cədvəli müzakirə edildi”, – məlumatda deyilir.

Qeyd olundu ki, tərəflər siyasi, diplomatik, iqtisadi-ticarət, sosial, humanitar və digər sahələrdə aktiv praktik qarşılıqlı əlaqələri davam etdirməyə hazır olduqlarını bildirdilər.

Oxşar Xəbərlər