Ramazanın 13-cü gününün duası – İmsak və iftar vaxtı

Apr25,2021

Sabah Ramazan ayının 13-cü günüdür.

“QİA.az” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak saat 04:13, iftar isə saat 19:45-dədir.

Ramazan ayının 13-cü gününün duası:

(“Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin”).

Tərcüməsi: 

“İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı, Allah”.

Oxşar Xəbərlər