Yunan-Roma güləşçilərimiz Avropa çempionatını 3 medalla bitirib

Apr25,2021

Azərbaycanın yunan-Roma güləşçisi Zamir Məhəmmədov Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

“QİA.az”ın məlumatına görə, 97 kq-da mübarizə aparan idmançı Belarus təmsilçisi Nikalay Stadubla qarşılaşıb.

Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məhəmmədov medal şansını əldən verib.

67 kq-da çıxış edən Namaz Rüstəmov isə təsəlliverici qarşılaşmada Zaur Kabaloyevə (İtaliya) uduzub.

Qeyd edək ki, digər yunan-Roma güləşçilərindən Murad Bazarov (60 kq) və Tuncay Vəzirzadə (82 kq) 1/4 finalda, Xasay Həsənli (72 kq) isə 1/8 finalda uduzaraq, çıxışlarını başa vurub. Taleh Məmmədov (63 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) bürünc medal qazanıb.

Oxşar Xəbərlər