Ramazanın ilk on günündə Məkkə ziyarətçilərinin sayı 9 milyonu ötüb

Apr 3, 2023

Səudiyyə Ərəbistanı Ramazan ayının ilk 10 günündə 9 milyondan çox müsəlmanın Kəbəni ziyarət edərək namaz qıldığını açıqlayıb. 

QİA.AZ xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Haremeyn İşləri Rəhbərliyi sosial media hesabında məlumat yayıb. 

Məlumatda göstərilib ki, Ramazan ayının daxil olduğu 10 gün ərzində 9 milyon 357 min 853 müsəlman Məscidül-Həramda Ümrə ziyarəti edib, namaz qılıb. 

Məscidi Nəbəvi Rəyasət Heyətindən verilən açıqlamada isə Ramazan ayının ilk on günündə 10,3 milyon müsəlmanın Məscid-i Nəbəvini ziyarət etdiyi və namaz qıldığı bildirilib. 
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi martın 26-da verdiyi açıqlamada, “daha çox insanın ibadət etməsinə imkan yaratmaq üçün” hər kəsin Ramazan ayında yalnız bir dəfə Ümrə ziyarəti edə biləcəyini açıqlamışdı. 

Oxşar Xəbərlər