İdman

Ramilə Əliyeva Avropa çempionatının gümüş medalına layiq görülüb

Macarıstanın Budapeşt şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında Azərbaycan təmsilçisi Ramilə Əliyeva gümüş medal qazanıb.

QİA.AZ xəbər verir ki, qitə çempionatında 48 kiloqram çəki dərəcəsində mübarizə aparan qadın cüdoçumuz ilk qarşılaşmasında Paulina Zlaşta (Polşa), daha sonra portuqaliyalı Raquel Britoya qalib gələrək yarımfinala yüksəlib. Cüdoçumuz bu mərhələdə ispaniyalı Mireia Lapertanı məğlub edərək finala vəsiqə qazansa da, həlledici mərhələdə Serbiya təmsilçisi Andreya Stojadinova uduzaraq ikinci yerlə kifayətlənib.

Noyabrın 7-dək davam edəcək yarışda 38 ölkədən 300-ə yaxın cüdoçu iştirak edir. Azərbaycan komandası turnirdə 8 idmançı ilə təmsil olunur.

Əlaqəli xəbər

Back to top button