İdman

Robert Prosineçki Şimali Makedoniya yığmasında işləyə bilər

Movavi

Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Şimali Makedoniya yığmasına rəhbərlik edə bilər.

“QİA.AZ” xarici mətbuata istinadən xəbər verir ki, 51 yaşlı xorvatiyalı mütəxəssis yerli federasiya ilə danışıqları yekunlaşdırmaq üzrədir.

Onun bu postda İqor Angelovskini əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, Şimali Makedoniya seçməsi İqor Angelovskinin rəhbərliyi altında AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanıb. Robert Prosineçki 2014 – 2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub. O, noyabrın 25-də Türkiyənin “Denizlispor” komandası ilə yollarını ayırıb.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button