Roma Papası koronavirus əleyhinə peyvənd olunacaq

Yan10,2021

Roma Papası Fransisk gələn həftə koronavirus əleyhinə peyvənd ediləcək.

Bu barədə “QİA.AZ” “RİA Novosti”yə istinadən xəbər verir.

Məlumata görə, Papa peyvənd edilməyin zəruriliyini bildirib. O, qeyd edib ki, bu, etik nöqteyi-nəzərdən lazımdır. Çünki belə insan yalnız özünü müdafiə etmir, həm də başqasını qoruyur.

“Gələn həftə biz burada – Vatikanda vaksinləməyə başlayacağıq və mən yer saxladım. Belə etmək belə lazımdır”, – pontifik deyib.

Pandemiyanın başlanğıcından dünyada 89 milyondan çox COVID-19 xəstəsi qeydə alınıb, 64 milyon pasiyent sağalıb, 1,9 milyondan çox insan ölüb.

Oxşar Xəbərlər