Ronaldonun qolu sayılmadı, baş hakim səhv etdiyini etiraf edib üzr istədi – VİDEO

Mar28,2021 #Futbol #İdman #Ronaldo

Futbol üzrə 2022-də keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Serbiya-Portuqaliya matçı qalmaqalla yadda qalıb.

“QİA.az”-ın məlumatına görə, hesab 2:2 olarkən oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Ronaldo qol vurub. Lakin oyunun baş hakimi Danni Makkeli qolu hesaba almayıb. O, üstəlik yan xətt hakiminə etiraz edən Ronaldoya sarı vərəqə də göstərib. Ronaldo isə qolundakı kapitan sarğısını yerə ataraq stadionu tərk edib.

Baş hakim Makkeli oyundan sonra qolun vurulduğu epizodu izləyərək səhv etdiyini etiraf edib və Portuqaliya yığmasının üzvlərindən üzr istəyib. 

Serbiya – Portuqaliya – 2:2
Qollar: Mitroviç, 46. Kostiç, 60 – Jota, 11; 36.
İrlandiya – Lüksemburq – 0:1
Qol: J.Rodriqes, 85.
Serbiya – 4, Portuqaliya – 4, Lüksemburq – 3, İrlandiya – 0, Azərbaycan – 0

https://youtu.be/TWTSu2R8DrY

QİA.az

Oxşar Xəbərlər