Portuqaliya yığması Millətlər Liqasının 6-cı turunun matçında Xorvatiya seçməsini məğlubiyyətə uğradıb.
“QİA.AZ” xəbər verir ki, Spliddə, “Polyud” stadionunda keçirilən görüş 3:2 hesabı ilə başa çatıb.
Portuqaliya yığmasının 35 yaşlı hücumçusu Kriştianu Ronaldu milli yığmada 101-ci qələbəsini qazanıb. O, bu göstərici üzrə İspaniya yığmasının keçmiş oyunçusu Xavini ötüb. Xavinin aktivində milli komandada 100 qələbə var.
Daha əvvəl bildirilirdi ki, Ronaldu Avropada milli yığmanın heyətində 100 qələbə matçında iştirak edən 4-cü oyunçu olub. Ondan başqa İspaniya yığmasının üç oyunçusu – Serxio Ramos (129), İker Kasilyas (121) və Xavi (100) bu uğura imza atıblar.