İqtisadiyyat

Rusiya Azərbaycanın daha 4 müəssisəsindən pomidor idxalına icazə verib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) dekabrın 17-dən Azərbaycanın daha 4 müəssisəsindən pomidor idxalına icazə verib.

QİA.AZ xəbər verir ki, xidmətin məlumatına görə, Kürdəmir rayonunun “Geotermal”, Salyan rayonunun “Gp Alfa greenhouse” və Masallı rayonunun müəssisələrindən, eləcə də Hacıqabul rayonunun “Hajigabul greenhaouse” MMC-dən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin təminatı ilə pomidor idxalına yenidən başlanacaq.Xatırladaq ki, “Rosselxoznadzor” dekabrın 16-dan Xızı rayonunda yerləşən “Aqroterm” MMC-dən pomidor idxalına icazə verib.

Əlaqəli xəbər

Back to top button