Rusiyada son bir gündə daha 22 778 nəfərə COVID-19 diaqnozu qoyulub.
“QİA.AZ” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 948 603 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 303 nəfər artaraq 33 489-a yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 453 849 nəfər sağalıb.