Rusiyada “Krokus Siti Holl”dakı terror aktında iştirak etməkdə şübhəli bilinən daha bir şəxs həbs edilib.
QİA.az xəbər verir ki, məhkəmə “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli şəxsi – Tacikistan vətəndaşı, 21 yaşlı Cumaxon Kurbonovu həbs edib. O, bundan əvvəl Moskvada xırda dələduzluğa görə həbs edilmişdi. Rusiya Federasiyasında Cumaxon Kurbonov qeyri-rəsmi işləyib, yataqxanada yaşayıb.
Konsert zalına hücumla bağlı 12 nəfər həbs edilib, onlardan 11-i terror aktı maddəsi ilə, daha bir nəfər əcnəbi vətəndaşın saxta qeydiyyatı haqqında maddə ilə ittiham olunur.