Rusiya Federasiyasının Başqırdıstan Respublikasında yerləşən “Avanqard” partlayıcı maddələr istehsal edən zavodda partlayış olub.
“QİA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə Başqırdıstanın Səhiyyə Nazirliyindən bildirilib.
Sterlitamak şəhərində baş verən hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
“Avanqard”da neft-qaz sənayesi və Rusiyanın Müdafiə Nazirliyi üçün partlayıcı istehsal olunur. Zavodun məhsullarından hərbi sahədə reaktiv sistemlərin sursatının yayılım atəşinin utilizasiyasında istifadə edilir.
“Avanqard”ın Rusiya Ticarət Sənayesi Nazirliyinin tabeliyində olduğu bildirilib.