Şəhidlər Xiyabanını vətəndaşların ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək

DİN Mətbuat Xidmətindən “QİA.AZ”a verilən məlumata görə, koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaqməqsədilə ölkədə tətbiq edilən sərt karantin rejiminin tələblərinə uyğunolaraq bütün kütləvi tədbirlər və toplantılar qadağan edilib. Bunu nəzərəalaraq bu il 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar ŞəhidlərXiyabanını vətəndaşların ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək.

Belə ki, Xiyabana gəlmək istəyən ziyarətçilər mütləq qaydada tibbimaskadan istifadə etməli və sosial məsafənin qorunması üçün beş nəfərdən artıqq ruplarda toplaşmamalıdırlar. Ona görə də vətəndaşlar xiyabana beş nəfərlik qruplarla daxil olacaq və dayanmadan ziyarətlərini başa vurub ərazidən çıxacaqlar.Xiyabanın daxilində və kənarda insanların toplaşması yol verilməzdir. Ziyarətə gələnlərin təhlükəsiz hərəkətlərini təmin etmək məqsədilə Şəhidlər Xiyabanı istiqamətində olan küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu tələblər yalnız vətəndaşların sağlamlıqlarının və təhlükəsizliklərinin qorunması məqsədi daşıyır və əminik ki, ziyarətçilər anlayışla qarşılayacaqlar.

Oxşar Xəbərlər