“Sabah” daha bir futbolçusu ilə müqaviləni yeniləyib

“Sabah” klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.

“QİA.az” paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi Bəxtiyar Həsənalızadə növbəti mövsümdə də komandanın formasını geyinəcək.

28 yaşlı oyunçu ötən ilin dekabrında “Sabah”a keçib və 8 oyunda meydanda olub.

Qeyd edək ki, “Sabah” Xulio Rodrigeslə də müqavilənin müddətini artırıb.

Klub daha əvvəl Təmkin Xəlilzadə, Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete, Dmitro Klots və Kevin Kubemba ilə də vidalaşıb. Ramin Quliyevin baş məşqçi olduğu komanda “Zirə”dən Elvin Camalovu heyətinə qatıb.

Oxşar Xəbərlər