Şağandakı Reabilitasiya Pansionatı ilin sonunadək istifadəyə veriləcək

Noy14,2020
Şağandakı Reabilitasiya Pansionatı ilin sonunadək istifadəyə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Şağan qəsəbəsindəki Reabilitasiya Pansionatında aparılan əsaslı təmir və yenidənqurma işlərinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.

QIA.AZ bildirib ki, Nazirlikdən “Report”a verilən məlumata görə, burada kompleks tibbi-sosial reabilitasiya xidmətlərinin göstərilməsi mümkün olacaq.

Müəssisə müasir avadanlıqlarla, tibbi-reabilitasiya əhəmiyyətli aparat və cihazlarla da təmin ediləcək.

Gələn ay istifadəyə verilməsi planlaşdırılan 250 çarpayılıq müəssisədə il ərzində 7 mindən çox əlilliyi olan şəxsə stasionar və ambulator şəraitdə, fizioterapevtik müalicə üsulları əsasında reabilitasiya xidmətləri göstəriləcək.

Oxşar Xəbərlər