Ucarda təcili yardım avtomobili piyadanı vurub öldürdü

Noy14,2020
Ucarda təcili yardım avtomobili piyadanı vurub öldürdü

Ucar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

QIA.AZ bildirib ki, “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1983-ci il təvəllüdlü Anar İsmayıl oğlu Əliyev idarə etdiyi təcili tibbi yardım avtomobili ilə yolu keçmək istəyən piyada, rayonun Küçəkənd kənd sakini, 1973-ci il təvəllüdlü Süleyman Arif oğlu Rəsulovu vurub.

S. Rəsulov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

Oxşar Xəbərlər