Bu gün saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılır.
Təhsil Nazirliyindən “QİA.az”a verilən məlumata görə, sorğuların qəbulunun müvəqqəti dayandırılması tədris ilinin yekunlaşması və ümumi təhsil müəssisələrində yekun qiymətləndirmə prosesi ilə bağlıdır.
Portalda mövcud sorğuların tamamlanması prosesi iyunun 17-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər. Həmin tarixdən proqram təminatı müvəqqəti olaraq dayandırılacaq.
Proqram təminatının açılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.