Şahin Mustafayev Tehranda İranın yol və şəhərsalma naziri ilə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Tehrana bir günlük səfəri çərçivəsində İranın yol və şəhərsalma naziri, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Rüstəm Qasemi ilə görüşüb.

Görüşdə iqtisadi-ticari əlaqələrin mövcüd vəziyyəti və potensialı haqqında müzakirələr aparıb.

Həmçinin, iki ölkə arasında əlaqələrin davamlı inkişafı üçün səylərin daha da artırılmasının əhəmiyyəti vurgulanıb, neft-qaz, nəqliyyat, energetika, tranzit daşımaları, birgə sənaye və investisiya layihələri, informasiya kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, humanitar və digər sahələrdə mövcüd olan imkanlar və gələcək perspektivlər nəzərdən keçirilib, qarşılıqlı səfərlərin və görüşlərin faydalılığı qeyd olunub.

Oxşar Xəbərlər