“Rusiya sülhməramlı qoşunu və silah-sursatı Dnestryanıdan çıxmalıdır”.
“QİA.AZ” TASS-a istinadən xəbər verir ki, bunu Moldova prezidenti Mayya Sandu noyabrın 30-da keçirdiyi mətbuat konfransında bildirib.
“Moldova tərəfi ilə razılaşdırılmadan Dnestryanıda Rusiya Federasiyasının operativ qoşunu yerləşdirilib. Ona görə də dövlətimizin mövqeyi belədir – o qoşun və silah-sursat bizim ölkənin ərazisindən çıxarılmalıdır”, – o qeyd edib.
M.Sandu deyib ki, Dnestryanıda Rusiya sülhməramlılarını ATƏT-in bayrağı altında mülki insanlar əvəzləməlidir.