Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın arvadı Rita Sarqsyan ağır vəziyyətdə Yerevandakı “Nairi” tibb mərkəzinin reanimasiya şöbəsində müalicə olunur.
“QİA.AZ” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu tibbi mərkəzinin direktoru Anatoli Qnuni bildirib.
“O, xəstəxanaya yerləşdirilib, iki həftədir reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağırdır”, – Qnuni qeyd edib.
Mərkəzin direktoru vurğulayıb ki, xəstənin yaxınları ona belə məlumatları açıqlamağa icazə verməyib.
Bununla belə, tibb mərkəzi məlumat yayib ki, Sarqsyan xəstəxanaya koronavirus infeksiyası ilə daxil olub.