Şirvan şəhərində bədbəxt hadisə baş verib.
QİA.AZ Reporta istinadən xəbər verir ki, hadisə Məhəmməd Əsədov küçəsində qeydə alınıb.
Belə ki, 1951-ci il təvəllüdlü Əhmədov Balaqardaş Malik oğlu evdə baş verən yanğın zamanı tüstüdən boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.