Son 3 ayda ilk dəfə olaraq may ayında dünyada işlək neft-qaz qurğularının sayı artıb.
QİA.AZ “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın neft-qaz xidmətləri üzrə ixtisaslaşmış “Baker Hughes” şirkətinin məlumatlarında deyilir.
Aprel ayında 1189qurğuda işlər aparılsa da, ötən ay ərzində bu göstərici orta hesabla 1262qurğu olub. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 86qurğu daha çoxdur.
Ötən ay ABŞ-da buruq sayı aprellə müqayisədə 17 vahid artaraq, 453 ədəd təşkil edib. Kanadada 1 buruq artım qeydə alınıb (59 ədəd).
Afrikada 3 vahid (64 ədəd), Latın Amerikasında 18 vahid (136 ədəd), Avropada 4 vahid (101 ədəd), Yaxın Şərqdə 14 vahid (266 ədəd), Asiya-Sakit okeanı regionunda 16 vahid (183 ədəd) artım qeydə alınıb.
Qeyd edək ki, “Baker Hughes” buruqlar haqqında məlumatları 1944-cü ildən etibarən dərc edir.