Ermənistanda daha 2 381 nəfərdə koronavirus aşkarlanıb.
“QIA.AZ” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 89 813-ə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı rekord sayda – 41 nəfər artaraq 1 341-ə çatıb. İndiyədək 55 317 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 32 788 aktiv koronavirus xəstəsi var.