Spiker: “Baydenin bəyanatı tarixi xətadır və qəbuledilməz xarakter daşıyır”

“Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin bəyanatı tarixi xətadır və qəbuledilməz xarakter daşıyır”.

QİA.AZ-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Milli Məclisin sədri bu xətadan tezliklə dönüləcəyinə ümidvar olduğunu bildirib.

S.Qafarova son dövrlər region dövlətləri arasında sülh və hərtərəfli əməkdaşlıq üçün ümidlərin yarandığı və bu tip bəyanatların bu ümidlərin üstündən xətt çəkmək potensialı daşıdığını dilə gətirib.

Tarixin siyasiləşdirilməsinin çox təhlükəli bir meyl olduğunu ifadə edən Milli Məclisin Sədri Azərbaycanın hər zaman qardaş Türkiyəni dəstəklədiyini vurğulayıb.

Oxşar Xəbərlər