Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Elvin Abbasov

Apr29,2021
Elvin Abbasov

Elvin Abbasov 1993-cü il iyunun 17-də Şamaxı rayonunun Çarhan kəndində anadan olub.

2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılan Elvin Abbasov, 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Ordusunun əsgəri olan Elvin Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. O, noyabrın 8-də Şuşa döyüşləri zamanı ağır yaralanıb və 14 gün Ağcabədi Rayon Xəstəxanasında müalicə aldıqdan sonra noyabrın 22-də şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən. Elvin Abbasov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi. 

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Elvin Abbasov ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər