Uçuşa bir gün qalmış peyvənd vurmaq lazım deyil. Bunu 1 ay öncədən etmək lazımdır.QİA.AZ xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O qeyd edib ki, peyvənd iki dozadadır: “Ona görə də birinci dozada nəticə almaya bilərik. Odur ki, mütləq ikinci doza da vurulmalıdır. Hər bir peyvənd mütləq qeydiyyat sisteminə düşəcək”.