Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması bir sıra postlara təyinat həyata keçirib.
“QİA.AZ” xəbər verir ki, bu barədə “Khaama Press” məlumat yayıb.
Bildirilib ki, “Taliban” qruplaşmasının siyasi ofisinin rəhbəri Molla Əbdül Qani Bəradər Əfqanıstanın xarici işlər naziri təyin olunub.
Məlumata görə, “Haqqani şəbəkəsi”nin qurucusu Cəlaləddin Haqqaninin oğlu Xəlifə Haqqani daxili işlər naziri, “Taliban”ın qurucusu Molla Ömərin oğlu Molla Yaqub isə Əfqanıstanın müdafiə naziri vəzifələrinə təyin ediliblər.