Tarixdə bu gün – 19 aprel

19 aprel 1775-ci ildə Amerikada inqilab baş verdi. Həm də Amerika İstiqlal Müharibəsi adlanan bu hadisə 1775-1783-cü illərdə Böyük Britaniya və Şimali Amerikada 13 koloniya arasında olan müstəqillik mübarizəsi idi.

***

  1783-cü il aprelin 19-da II Yekaterina Krımın Rusiyaya birləşdirliməsi haqqında manifest imzaladı. “Krım layihəsi”nin həyata keçirilməsinin əsas təşəbbüsçüsü və iştirakçısı imperiatriçanın ən yaxın adamlarından biri olan knyaz Qriroqi Potyomkin idi.

  Beləliklə, Krım xanlığına son qoyuldu, bir il sonra yarımadada rusların əsas istehkamı olan Sevastopol şəhəri salındı. 

***

  1904-cü ilin 19 aprelində Kanadanın Toronto şəhərinin böyük bir hissəsi çıxan yanğında xarabalığa döndü.

***

  1907-ci ildə Bakıda “Səadət” xeyriyyə cəmiyəti yaradıldı.

  Həmin dövrün bir çox milyonçusu bu cəmiyyətin xətti ilə Bakıda məktəblər açır, mədəniyyət və maarif sahəsində istedadlı gənclərə maddi yardım göstərirdilər.    

***

  İnkivizisiya (engizisyon) məhkəməsi tərəfindən yandırılaraq öldürüldükdən 490 il sonra – 19 aprel 1909-cu ildə Fransanın qurtuluş simvolu olan Janna Dark (Jeanne d’Arc) müqəddəslər sırasına daxil edildi.

***

  19 aprel 1926-cı ildə Türkiyə su sərhədlərində hər cür dənizçilik işlərini vətəndaşlarına buraxan və əcnəbilərin kabotaj hüququna son verən Kabotaj Qanunu qəbul edildi.

***

  İkinci Dünya Müharibəsi zamanı Varşava Gettosunda saxlanılan minlərlə yəhudi 1943-cü ilin 19 aprelində Nasist (faşist) hakimiyyətinə qarşı qiyama qalxdı. Qiyam təxminən 1 ay sürdü. Faşistlər minlərlə yəhudini öldürərək qiyamı yatırdılar.

***

  1947-ci ilin 19 aprelində Hindistanda Konqres Partiyası tərəfindən ölkənin Hindistan və Pakistan adlı iki ayrı dövlətə bölünməsi qəbul olundu.

***

  Dünyanın ilk qalıcı kosmos stansiyası olan “Solyut-1” 19 aprel 1971-ci ildə Sovet İttifaqından fəzaya göndərildi. “Solyut-1” oktyabra qədər kosmonavtlara ev sahibliyi etdi.  

***

  19 aprel 1995-ci ildə ABŞ-ın Oklahoma şəhərindəki federal binaya terror hücumu oldu: 168 adam öldü, 800 nəfər yaralandı. Araşdırma nəticəsində məlum oldu ki, hücumu Amerika vətəndaşı olan keçmiş hərbçi törədib.

***

  19 aprel 1999-cu ildə Almaniyanın qanunvericilik orqanı olan federal parlament – Bundestaq Bonndan Berlinə köçürüldü.

***

19 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  “Təbii seçim və təkamül” nəzəriyyəsinin banisi, ingilis təbiətşünas alimi Çarlz Darvin 1882-ci ilin bu günü 73 yaşında vəfat edib. (1809-1882)

***

  Görkəmli Azərbaycan memarı Mikayıl Hüseynov 1905-ci ilin bu günü anadan olub.

  Onun layihəsilə Bakıda 200-dən çox yaraşıqlı bina tikilib ki, bunlardan Nizami Muzeyi və Azərbaycan Musiqi Akademiyası memarlıq baxımından bütün Avropada nadir nümunələr sayılır.

  Mikayıl Hüseynov Böyük Britaniya Asiya Kral Cəmiyyətinin həqiqi üzvü idi. (1905-1989)

***

  19 aprel Azərbaycan mədəniyyəti tarixində “Qız qalası” ilk milli baletinin müəllifi, görkəmli bəstəkar, dirijor və musiqişünas Əfrasiyab Bədəlbəylinin anadan olduğu gündür.

  Sankt-Peterburq Konservatoriyası nəzdində musiqi məktəbini bitirən (1938) Əfrasiyab elə həmin vaxtdan Azərbaycan Dövlət Opera və Balet Teatrında dirijor işləyib. 

  Azərbaycanın ilk milli baleti – “Qız qalası”ndan başqa, Ə.Bədəlbəyli “Nizami”, “Söyüdlər ağlamaz” operalarını yazıb, bir çox dram tamaşasına musiqi bəstələyib. (1907-1976)

QİA.az

Oxşar Xəbərlər