Yaponiyada pandemiya şəraitində idman tədbirlərinin keçirilməsi qaydası Tokio Yay Olimpiya Oyunlarına da şamil ediləcək.
“QİA.AZ“ın məlumatına görə, bu barədə ölkənin baş naziri Yoşihide Suqa mətbuat konfransında açıqlama verib.
O bildirib ki, yerli tamaşaçılar müəyyən tələblərə cavab vermək şərtilə yarışa qatıla biləcəklər.
Nazir stadionları və idman obyektlərini ziyarət edən azarkeşlərin tibbi maska taxmalı olduqlarını, onların yüksək səslə qışqırmalarının qadağan ediləcəyini də vurğulayıb. Onun sözlərinə görə, yaxın vaxtlarda tamaşaçılar üçün müvafiq qaydalar toplusu hazırlanacaq.
Hökumət idman tədbirlərinin pandemiya şəraitində keçirilmə qaydalarını tezliklə təsdiqləmək niyyətindədir. Bu qaydalar arenalarda tamaşaçı sayının 10 mini keçməməsini təmin edir.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul – 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul – 8 avqusta təxirə salınıb.