Tokio olimpiadasının 2024-cü ildə keçirilə biləcəyi təklif edildi

Yan22,2021

Yaponiyanın Osaka prefekturasının qubernatoru Yosimura Hirofumi Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının növbəti dəfə təxirə salınmasının mümkün olduğunu söyləyib.

“QİA.AZ”ın məlumatına görə, o, “Kyodo” agentliyinə açıqlamasında olimpiadanın 2024-cü ildə keçirilə biləcəyini bildirib.

“Olimpiadanın ləğv edilməsi sözünü işlətmək istəməzdim. Amma mümkün təxirəsalınma real görünür”, – deyə Hirofumi vurğulayıb.

Qeyd edək ki, “Tokio-2020” bu il 23 iyul – 8 avqusta təxirə salınıb.

Oxşar Xəbərlər