Türkdilli ölkələrin jurnalistləri Türkiyəyə səfər edib-FOTO-VİDEO

İyn3,2023

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə türkdilli ölkələrdən olan jurnalistlərin qardaş ölkəyə növbəti səfəri reallaşıb.

QİA.az “Yeni Gundem”-ə istinadla xəbər verir ki, 29 may 1 iyun tarixlərini əhatə edən səfər çərçivəsində media nümayəndələri İstanbul, Sakarya və Bolu şəhərlərinə səfər edib. Səfərin ilk günü İstanbulun fəthinin 570-ci il dönümünə təsadüf edib.

Jurnalistlər İstanbulun bir sıra tarixi yerlərini ziyarət edib ki, onlardan biri də Sultan Əhməd Məscidi olub.

Qeyd edək ki, Sultan Əhməd Məscidi 1609-1617-ci illər arasında Osmanlı Sultanı I Əhməd tərəfindən tikdirilib. Məscidin memarı Sədəfkar Mehmet Ağadır. Caminin interiyeri mavi, yaşıl və ağ İznik çiniləri, yarımqübbələrin, böyük qübbənin içi mavi tonlu qələm işləri ilə bəzədildiyi üçün Avropalılar məscidi “Mavi Cami (Blue Mosque)” adlandırır.

1935-ci ildə Ayasofyanın məsciddən muzeyə çevrilməsinən sonra Sultan Əhməd İstanbulun əsas məscidinə çevirilib.

Sultan Əhməd külliyəsiylə birlikdə İstanbulun ən böyük tarixi abidələrindən biridir. Bu kompleks məscid, mədrəsələr, sultanköşkü, arasta, mağazalar, türk hamamı, fəvvarələr, türbə, xəstəxana, ibtidai məktəb, imarətxana və kirayə otaqlarından ibarətdir. Bu tikililərin bəziləri günümüzə qədər gəlib çatmayıb. Binanın memarlıq və sənət baxımından ən diqqət çəkən cəhəti 20.000-dən çox İznik çinisi ilə bəzədilməsidir. Bu kirəmitlərin bəzəklərində sarı və mavi tonlarda ənənəvi bitki motivlərindən istifadə edilib ki, bu da binanın sadəcə bir ibadət yeri olmadığını göstərir. Hündürlüyü 43 metr olan mərkəzi günbəzin diametri 23,5 metrdir. Məscidin içərisi 200-dən çox rəngli şüşə ilə işıqlandırılıb. Yazılarını diyarbəkirli Seyyid Qasım Qubari yazıb. Ətrafdakı tikililərlə kompleks təşkil edən Sultan Əhməd Türkiyənin altı minarəli ilk məscididir və Türkiyədə 6 minarəli 5 məsciddən biridir. Digər 4-ü İstanbuldakı Çamlıca Məscidi, İstanbul Arnavutköydəki Taşoluk Yeni Məscidi, Adanadakı Sabancı Məscidi və Mersindəki Muğdat Məscididir. Minarələrin sayı bəlli olanda sultanı təkəbbürdə ittiham ediblər, çünki o dövrdə yalnız Məkkədəki Beytullah məscidinin 6 minarə var idi. Sultan Məkkədəki məscidə yeddinci minarəni tikdirməklə bu problemi həll edib.

Jurnalistələr səfər çərçivəsində Qalata qalası, İstanbul Modern Sanat Muzeyi, Bəyoğlu və digər yerlərlə də tanış olub.

Oxşar Xəbərlər