Abşeron Milli Parkına müntəzəm marşrut xətti açılır

Mar20,2023

Martın 23-dən Abşeron Milli Parkına müntəzəm marşrut xətti açılacaq. 

QİA.AZ xəbər verir ki, bu barədə parkın direktoru Etibar İbrahimov sosial media hesabında açıqlama verib. Məlumatda bildirilib: “Mart ayının 23-dən başlayaraq Koroğlu metrosu-Abşeron Milli Parkı və Abşeron Milli Parkı-Koroğlu metrosu istiqamətində yeni müntəzəm marşrut xətti fəaliyyətə başlayır. 

Marşrut Novruz bayramı ilə əlaqədar martın 23-dən 26-dək hər gün, sonrakı dövrdə isə yalnız həftənin şənbə və bazar günləri fəaliyyət göstərəcək”. 
Qeyd olunub ki, bu xətt üzrə daşımalar “Zirə Bələdiyyəsi Nəqliyyat Xidməti” MMC tərəfindən həyata keçiriləcək. 

Xəttə buraxılacaq 22 yerlik avtobus səhər saat 10:30-da Koroğlu metrosundan yola düşəcək, saat 16:30-da Abşeron Milli Parkından geri qayıdacaq. 

Oxşar Xəbərlər