Türkiyə və Rusiya XİN başçıları regional məsələləri müzakirə ediblər

Apr1,2024

Türkiyənin xarici işlər naziri Hakan Fidan və rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

İki ölkənin XİN rəhbərləri regional məsələlər barədə müzakirələr aparıblar.

Onlar, həmçinin Qara dənizdə naviqasiya təhlükəsizliyi haqda fikir mübadiləsi ediblər.

Bundan başqa, H.Fidan Qətərin xarici işlər naziri Al Sani ilə də telefonda danışıb. Danışıq zamanı Qəzzadakı son durum və regional proseslər müzakirə olunub.

Mənbə: TASS

Oxşar Xəbərlər