Türkiyə ordusu PKK terrorçularını zərərsizləşdirib

Apr6,2021

Türkiyə Silahlı Qüvvələri Suriyada “Barış pınarı” (“Sülh bulağı”) bölgəsinə daxil olmaq istəyən PKK/YPG-PYD terror qruplaşmasının 9 üzvü zərərsizləşdirib.

“QİA.az” “CNNTurk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Qəhrəman komandolarımız PKK/YPG terror qruplaşmasına daha bir zərbə vurub. “Barış pınarı” bölgəsinə hücum etmək istəyən 9 terrorçu xain əməllərinə çatmadan qəhrəman komandolarımızın gecə keçirdikləri əməliyyat nəticəsində zərərsizləşdirilib”, – nazirlikdən bildirilib.

Qeyd edək ki, “Barış pınarı” anititerror əməliyyatı 2019-cu il oktyabrın 18-də başlayıb. Suriyanın Hələb, Haseke, Rakkanın şimalı hissəsi, Suriya-Türkiyə sərhədi “Barış pınarı” bölgəsi adlanır.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər