Türkiyə səfiri Gürcüstan XİN-ə çağırılıb

Dek23,2020

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“QİA.AZ” xəbər verir ki, səfirin XİN-ə dəvət olunması Türkiyənin iri banklarının Gürcüstanın işğal altında olan Abxaziya bölgəsində xidmətlər göstərməyə başlamasına dair yayılan məlumatlarla bağlı olub.

F.C.Yazqan bildirib ki, XİN nümayəndələri ilə məsələni müzakirə edib: “Türkiyə Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və işğal altında olan ərazilərdə maliyyə xidmətlərinin göstərilməsinə heç zaman razılıq verə bilməz”.

Oxşar Xəbərlər