Mart ayından etibarən COVID-19 pandemiyası ilə əlaqədar Türkiyədə tətbiq olunan qadağalarda yumşalmalara başlanılır.
“QİA.AZ” “Sabah” qəzetinə istinadən xəbər verir ki, bütün sahələrdə mərhələli şəkildə aradan qaldırılacaq qadağalardan biri də idman camiəsi ilə bağlıdır. Belə ki, stadionlar bu aydan futbol azarkeşləri üçün açılır. Bununla bağlı açıqlama verən qardaş ölkənin gənclər və idman naziri Muharrem Kasapoğlu bildirib ki, azarkeşlərə oyunlara baxmağa veriləcək icazə stadion tutumunun 10, 15, 20%-i civarında olacaq.
“Pandemiya ilə bağlı vəziyyətə görə, klublarımızı ən qısa zamanda azarkeşlər ilə görüşdürəcəyik. Tutaq ki, 50 min nəfərlik stadiondakı oyunu 5 min nəfər azarkeş izləyə biləcək”, – deyə türkiyəli nazir vurğulayıb.