Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 297 nəfər dünyasını dəyişib.
QİA.AZ-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 35 031 nəfərə çatıb.
Bildirilib ki, ölkədə 61 400 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 4 086 957 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 54 894 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 3 535 040 nəfər təşkil edir.