Türkiyədə son sutkada koronavirusdan 8 702 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 194 nəfər dünyasını dəyişib.

QİA.AZ-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 22 264 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 12 171 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 296 102 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 8 211 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 172 251 nəfər təşkil edir.

Oxşar Xəbərlər